Region Xəbərləri 

Bərdə Rayon Ağsaqqalar Şurasının illik hesabat iclası keçirilib

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bərdə Rayon İcra Hakimiyyətində keçirilən hesabat iclasında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə və xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq, sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqalların böyük rol oynadığını vurğulayıb. Respublika Ağsaqqalar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai -siyasi həyatında ağsaqqalların rolu artıb və onların cəmiyyətin bütün sahələrində fəallığı təmin edilib. Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, şuranın üzvləri gənc nəslin milli -mənəvi dəyərlərə və doğma vətənə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat və maarifləndirmə tədbirlərində fəal iştirak edirlər. Çıxış edən Ağsaqqallar Şurasının üzvləri Əliş Şərifov, Aydın Zeynalov ölkəmizdə ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daha çox xəbərlər