Yevlaxda korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib.
23 iyul 2025-ci il tarixində Yevlax şəhər Mədəniyyət Mərkəzində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar “Korrupsiyaya yox deyək!” başlıqlı maarifləndirici tədbir keçirilib.
İdarə, müəssisə və təşkilatların nümayəndələrinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursu bütün sahələrdə şəffaf və ədalətli idarəçilik sisteminin gücləndirilməsini və vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Bildirilib ki, son illər korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə təkmil qanunvericilik bazası yaradılıb, müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılıb.
Sonda “Korrupsiyaya yox deyək!” adlı videoçarx tədbir iştirakçılarına təqdim olunub.