Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Gəlin qaynananı niyə bıçaqladı? – Ailələrdə qan su yerinə axır

By Vüsal Rafiqoğlu
31.07.2025 3 Min Read

Xəbər verdiyimiz kimi, Astara rayonunda 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

İlkin araşdırmalarla qətl hadisəsinin ailə-məişət münaqişəsi zəminində törədildiyi müəyyənləşib. Araşdırmalar davam etdirilir.

Qaynana-gəlin münasibətləri əsrlərdir Azərbaycan ailə mühitinin ən mürəkkəb, bəzən də ən gərgin mövzularından biri olub. Bəzi ailələrdə bu münasibətlər mehribanlıq və qarşılıqlı hörmət üzərində qurulsa da, çox zaman gizli narazılıqlar, incikliklər və ailədaxili çəkişmələr faciə ilə nəticələnir. Astaranı sarsıdan son hadisə də məhz bu köhnə problemin acı nəticəsi oldu. Bəs necə edək ki, əsrlərlə davam edən bu qarşıdurmaya son verək? Ailə institutlarımızda hansı islahatlar aparılmalıdır ki, qaynana gəlinlə, gəlin də qaynana ilə üz-üzə gəlməsin.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda ailədaxili münaqişələrin artmasının arxasında dərin sosial və mədəni səbəblər dayanır. Onun sözlərinə görə, sosial müavinətlər, işsizlik yardımları və uşaq pulları bəzən insanların əməkdən uzaqlaşmasına, passiv və tənbəl bir təbəqənin yaranmasına gətirib çıxarır:

aydinxan-768x403.jpg (29 KB)

“Bölgələrdə kişilər kütləvi şəkildə Rusiyaya, Türkiyəyə və Bakıya üz tutur, kəndlərdə isə qadınlar, uşaqlar və yaşlılardan ibarət zəif sosial struktur yaranır. Bu da psixoloji gərginlik, boşanmalar və ailədaxili konfliktlərlə nəticələnir. Kənd təsərrüfatı ilə məşğul olanlar da artıq fəaliyyətindən çəkilir. İstilər, məhsulun ucuz qiymətə alınması və sosial maraqsızlıq kəndləri iqtisadi cəhətdən çökdürür. İnsanlar marketlərdən ərzaq alır, kənddə işləməkdən imtina edirlər. Beləliklə, həm kənd boşalır, həm də ailə sistemi zəifləyir. Sosial mediada vaxt keçirən, savadsız və işsiz gənclər aqressiv bir topluma çevrilir. İnternet, mesajlaşma imkanları və azad münasibət şəraiti ailədaxili xəyanətləri artırır. Ailə üzvləri bir-birindən uzaqda yaşadığı üçün nəzarət və bağlılıq da itir”.

A.Əbilovun fikrincə ailədaxili cinayətlərin səbəbləri sırasında iki amil önə çıxır: “Birinci yerdə qaynatadan gələn seksual zorakılıq, digəri isə xəyanət və bunun nəticəsində baş verən qətllərdir. Bu, həm hüquqi boşluqlarla, həm də mədəni stereotiplərlə əlaqəlidir”.

Yazıçı hesab edir ki, problemin həlli üçün kompleks tədbirlər vacibdir:

“Ən əsası ailənin qorunmasına yönəlik dövlət proqramları hazırlanmalıdır. Azərbaycanda maarifləndirmə gücləndirilməli, ailə qanunvericiliyinin tələbləri sərtləşdirilməli və kəndlərdə iqtisadi və sosial inkişaf təmin edilməlidir. Ailə məsuliyyətdir. Əgər ailə üzvləri bir-birinə sahib çıxmırsa, münaqişə və fəlakət qaçılmazdır. Əgər bu problemlər vaxtında həll olunmasa, ailə institutu sürətlə dağılacaq və cəmiyyətin kökü zədələnəcək. Dövlət, cəmiyyət və media bu məsələyə susmamalıdır. Ailədə baş verən zorakılıq təkcə şəxsi faciə deyil, milli təhlükəsizlik məsələsidir. Aydın Xan Əbilov bu məsələdə ictimaiyyətin hər kəsə aid məsuliyyət daşıdığını vurğulayır”.

3ab77b3f2dcc454cb1a98880e9608ce59120241321346.jpg (51 KB)

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva sayta açıqlamasında deyib ki, yaxın və uzaq qohumlar, xüsusilə də gəlin-qaynana, baldız- əmiqızı-əmioğlu kimi münasibətlərdə də münaqişələrin sayı artmaqdadır. Onun sözlərinə görə, dövlət qurumlarının həyata keçirdiyi maarifləndirmə işlərinə baxmayaraq, ailədaxili qarşıdurmaların qarşısını almaq hələ də çətin olaraq qalır:

“Maarifləndirmə tədbirləri, qrantlar və sosial sifarişlər vasitəsilə regionlarda geniş şəkildə işlər həyata keçirilsə də, zorakılıq və münaqişələrin sayı azalmır. Bütün bunların kökündə isə sosial-iqtisadi problemlər dayanır. İşsizlik, maddi çətinliklər, bir neçə ailənin bir evdə yaşaması kimi hallar ailədaxili münasibətləri gərginləşdirir və bu gərginlik zorakılığa gətirib çıxarır.
Psixoloji və iqtisadi zorakılıq birbaşa fiziki zorakılığa yol açır. Bu da ailələrin dağılması və hətta cinayətlərlə nəticələnə bilər. Azərbaycan seriallarında, sosial verilişlərdə zorakılıq, təhqir, ailədaxili aqressiya təbliğ olunur. Gəlin-qaynana münasibətləri bərbad vəziyyətdədir. Sosial şəbəkələrdə gəlinlər tərəfindən qaynanalara qarşı nifrət və söyüşlə dolu paylaşımlar edilir. Bu aqressiya yeni ailələrə də sirayət edir. Evlənməzdən öncə cütlüklər təkcə qan analizi yox, psixoloji yoxlamalardan da keçməlidirlər. Çünki aqressiv davranışların, ailədaxili zorakılığın arxasında çox zaman psixoloji problemlər dayanır. Bizə müraciət edən qadınların və kişilərin böyük əksəriyyətində bu cür problemləri müşahidə edirik”.

Z. Mustafayeva əlavə edir ki, məhz ailədə formalaşan münasibətlər – xüsusilə ailə böyüklərinə qarşı nifrət hissləri – gələcəkdə ailə qurarkən aqressiv münasibətə səbəb olur. Bu isə yeni ailələrdə də zorakılığın təkrarlanmasına gətirib çıxarır:

“Sonuncu qətl hadisəsi ya gəlinin psixoloji problemi nəticəsində baş verib, ya da o ailədə dözümsüz mühit yaranıb və qadını bu həddə çatdırıblar. Bu, ailədaxili münaqişələrin gəldiyi təhlükəli nöqtəni göstərir. Aailədaxili zorakılığın və münaqişələrin qarşısını almaq üçün sosial dəstək proqramları genişləndirilməli, psixoloji yardım sistemi gücləndirilməli və ailə dəyərləri təbliğ olunmalıdır”.

Sultan Məmmədli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Azərbaycan bizə doğmadır” -İran prezidenti Məsud Pezeşkiandan İSTİ AÇIQLAMA

Next

Rusiya tərəfi indi də Azərbaycanı “vandalizm”də ititham edir – operativ şərh

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv