Siyasət 

İlham Əliyev Fransanın ölkəmizdəki səfirliyində olub

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ölkəmizdəki səfirliyində olub, sabiq Prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

ARANTV.AZ  xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.AZƏRTAC

Daha çox xəbərlər