Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransanın keçmiş prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Baş nazir “Twitter” səhifəsində paylaşım edib: “Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi. Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaq”.
