Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakı-Astara yolu pullu olacaq

By Vüsal Rafiqoğlu
02.08.2025 3 Min Read

Qanunvericiliyə görə,  ödənişli yola alternativ yol da ən az ona bərabər təmirli, keyfiyyətli olmalıdır, amma…

Bu il iyulun 1-nə “Azərbaycanda regional kommunikasiyaların inkişafı” layihəsi çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD – Dünya Bankı Qrupuna daxildir) təqdim etdiyi kreditin 97,08 %-i, yəni 63,1 milyon ABŞ dolları artıq istifadə olunub.

Dünya Bankının hesabatına əsasən, 2021-ci ilin dekabrında qüvvəyə minmiş layihənin ümumi dəyəri 96 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 65 milyon ABŞ dolları IBRD krediti formasında təqdim olunub.

Layihə ölkədə təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə davamlı nəqliyyat əlaqələrinin qurulmasına, eləcə də Salyan-Biləsuvar (M3 magistralı – Ələt-Astara) avtomobil yolu boyunca əlaqələrin və bazarlara çıxışın yaxşılaşdırılmasına yönəlib. Onun 2026-cı il martın 31-dək tamamlanması nəzərdə tutulur.

Hesabatda qeyd olunur ki, layihənin səmərəli icrası nəticəsində müəyyən vəsaitə qənaət olunub və bu məbləğ dəhliz boyunca əlavə infrastrukturun yenidən qurulmasına yönləndirilib. “Yol bağlantısı” komponenti çərçivəsində bütün tikinti işləri, o cümlədən genişləndirilmiş həcm üzrə fəaliyyətlər artıq tamamlanıb. Ümumilikdə 67,35 km yol yenidən qurulub, 2,53 km yol təmir və asfaltlanıb, 1,3 km-lik yeni yol örtüyü döşənib, 10 yeni körpü tikilib.

Bu ilin iyun ayında Azərbaycan hökuməti IBRD-yə müraciət edərək layihə çərçivəsində qalan 2,3 milyon ABŞ dollarının Lənkəran və Masallı rayonlarında yerləşən iki körpünün yenidən qurulmasına yönəldilməsini təklif edib. Sözügedən körpülərin 6-7 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.

Hökumətin müraciətində bildirilir ki, layihənin icrası nəqliyyat axınının artmasına və yolun ətrafında yerləşən logistik və xidmət infrastrukturuna özəl investisiyaların cəlbinə təkan verib: “Bu səbəbdən kommersiya obyektlərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə ehtiyac qalmayıb. Digər tərəfdən, M3 yolunun 193-cü və 197-ci kilometrlərində yerləşən, istismar baxımından müasir tələblərə cavab verməyən və təmiri iqtisadi cəhətdən əsaslandırılmayan iki köhnə körpünün dəyişdirilməsinin zəruriliyi vurğulanıb”.

Yeni körpülərin söküntü, əlaqəli işlər, ümumi xərclər və ƏDV daxil olmaqla layihələndirilməsi və tikintisinin dəyəri 2,3 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu işlərin daha əvvəl yol tikintisini həyata keçirən podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Belə yanaşma mövcud müqavilə çərçivəsində və layihənin satınalma komandası ilə razılaşdırılmış formada həyata keçiriləcək.

Dünya Bankı komandası bu vəsaitin yolkənarı ticarət infrastrukturu deyil, köhnəlmiş və təhlükəli vəziyyətdə olan iki körpünün yenidən qurulmasına yönəldilməsini dəstəkləyib. Nəticədə layihə çərçivəsində inşa edilən müasir körpülərin sayı 12-yə çatacaq.

Sözügedən iki körpünün yenidən qurulması layihənin əsas məqsədlərindən biri olan M3 magistral yolunun ödənişli rejimə keçirilməsi planlarına xidmət edir. Bu körpülər köhnə M3 yolunun tam funksionallığını təmin edəcək və ödənişli yol istifadəyə verildikdən sonra onun üçün alternativ, pulsuz marşrut rolunu oynayacaq. Beləliklə, yenidənqurma regionda davamlı əlaqənin təmin olunması məqsədinə uyğun gəlir. Ödənişli sistemə keçid “Yol sektorunun dayanıqlığı” komponenti çərçivəsində hazırlanan “Avtomobil yollarından istifadəyə görə ödəniş üzrə Milli Strategiya”da nəzərdə tutulub.

Bundan əlavə, bu komponent çərçivəsində intellektual nəqliyyat sistemlərinin (İNS) tətbiqi vasitəsilə yol şəbəkəsinin idarə olunması və istismar səmərəliliyinin artırılması üçün texniki yardım göstərilir. Əsas istiqamətlər kimi ödənişli yol sisteminin tətbiqi və nəqliyyat vasitələrinin oxlar üzrə həddindən artıq yüklənməsinin qarşısının alınması müəyyən edilib.

İsveçin “Swedish National Road Consulting AB” şirkəti yol şəbəkəsinin idarə olunması strategiyaları, İNS texnologiyalarının tətbiqi və ödəniş sistemləri üzrə Azərbaycan tərəfinə məsləhət xidməti göstərir.

Hesabatda qeyd olunur ki, bu tədbirlərin icrası artıq irəliləyiş mərhələsindədir. Əsas hesabatlar hazırlanıb və hazırda Dünya Bankında baxılır. Yekun nəticələrin 2025-ci ilin dekabr ayına qədər Azərbaycanın hökumət qurumları ilə razılaşdırılması gözlənilir. (“Report”)

Elməddin Muradlı - TurkicWorld

 Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ödənişli yol məsələsi heç vaxt faciə olmayıb, heç vaxt da olmayacaq, çünki Azərbaycanda bu təcrübə artıq var: “Bakı-Quba yolu ödənişlidir. Onun alternativi də vətəndaşların ixtiyarına verilib. Düzdür, alternativ yolun bəzi yerləri sökülüb dağılıb. Əslində, qanunvericiliyə görə,  ödənişli yol çəkilirsə, alternativ yol da ən az ona bərabər təmirli, keyfiyyətli olmalıdır. Sadəcə ödənişli yolun üstünlükləri odur ki, digər yollardan daha qısa, rahat, sürətli olur. Yaşayış məntəqələrindən keçmir. Haradasa işıqfor, dəmiryolu ilə rastlaşmırsan. Yəni insanlar o yoldan istifadə etməyə məcbur deyillər. Sadəcə seçim qarşısında qalanda bundan istifadə edilir. Onu qeyd edək ki, ödənişli yoldan kifayət qədər çox insan istifadə edir. Bakı-Quba Rusiya sərhədi yolundan pul variatında biz bunu görürük. Yerli camaat bu yoldan istifadə edir. Bu yol həm təhlüksəzdir. Aidiyyəti qurumlar ödənişli yol salarkən ödənişsiz yolun keyfiyyətinə diqqət yetirməlidilər. Əks halda, qanunun tələbi pozulmuş olur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Süni boşanmalar niyə artır?

Next

“Tağıyev” serialının çəkilişləri pula görə dayandırıldı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv