13 avqust – Beynəlxalq Solaxaylar Günüdür.
Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.
Alimlərin qənaətinə görə, solaxaylarda beynin sağ yarımkürəsi sol yarımkürəsinə nisbətən daha yaxşı inkişaf edir və beynin yarımkürələri arasındakı keçiricilik daha yaxşıdır. Solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Onlar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar.
Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər.