Öz Adı, Öz Şərəfi ilə Tanınan: Vüsal Məmmədov.
Son günlər sosial şəbəkələrdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov barəsində əsassız, qarayaxma xarakterli paylaşımlar edilir. Bu cür yazılar yalnız insanları aldatmaqla qalmır, həm də Bərdə səhiyyəsinə öz ürəyini, zamanını və əməyini verən bir insanın adını ləkələməyə çalışır.
Bərdəmizin qıyrətli və xeyirxah oğlunu hamımız tanıyırıq. Vüsal Məmmədov təkcə peşəkar həkim deyil, həm də insanların dərdinə ürəkdən şərik olan, onları səmimi qarşılayan bir insandır. O, Bərdə səhiyyəsinə rəhbərlik etdiyi gündən etibarən hər gün öz əməli ilə göstərir ki, qayğı, diqqət və
həqiqi fədakarlıq hələ də mövcuddur.
Vüsal həkim hər bir xəstənin yanında olur, onların sözünü dinləyir, çətin anlarında dəstək verir və heç vaxt geri çəkilmir. O, təkcə xəstəxananın direktoru deyil, həm də insanların ümid işığıdır. Bərdə camaatı yaxşı bilir ki, Vüsal Məmmədovun fədakarlığı sayəsində səhiyyəmiz daha güclü, daha insansevər və daha etibarlıdır.
Bu cür əsassız ittihamlar qarşısında susmaq olmaz. Biz həqiqəti bilirik və Vüsal Məmmədovun adını ləkələməyə çalışan hər kəsə demək istəyirik: Bərdəlilər onu tanıyır, Bərdəlilər onu sevir! Onun əməyini qiymətləndirmək və dəstəkləmək hər birimizin borcudur.
Hər birimiz anlamalıyıq ki, əsl insanlıq və peşəkarlıq nadir dəyərlərdir. Vüsal Məmmədov isə bu nadir dəyərlərin canlı nümunəsidir – onun adı və əməli Bərdə üçün qürur mənbəyidir və heç bir əsassız ittiham onu gözdən sala bilməyəcək.