Dünya 

Dağıstanda ağır yol qəzası baş verib: 7 ölü, 4 yaralı

Dağıstanın Dərbənt rayonunda 3 minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, 3 avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, toqquşma 21:30 radələrində “Qafqaz” federal avtomobil yolunda baş verib. Toqquşmadan sonra avtomobillərdən biri alışıb.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləməyə davam edir, qəzanın səbəbi araşdırılır.

Daha çox xəbərlər