Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
Ölkə ərazisində müşahidə olunan yağıntı 11-i axşamdan tədricən kəsiləcək.
Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, sabah və fevralın 13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

