Canavar 4 nəfəri xəstəxanalıq etdi
Rusiyanın Stavropol diyarında canavar sakinlərə hücum edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, yırtıcının hücumu nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3 nəfərin kişi, 1 nəfərin qadın olduğu bildirilir. Onlar xəstəxanaya yerləşdirilib, müvafiq müalicələri davam etdirilir. Onların həyatlarına təhlükə olmadığı deyilir.
Hazırda mütəxəssislər insanlara hücum etmiş canavarı axtarırlar.

