18 mart 2026 – baharın ruhu, birlik, sevinc dolu Novruz şənliyimiz! Qarabağ Regional Təhsil İdarəsiBərdə rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasında fidanlarımız ənənəvi Novruz coşqusu ilə parıldadı.
Tədbirdə balaca fidanlarımız milli adət-ənənələrimizi əks etdirən çıxışlarla, rəngarəng Novruz geyimləri , mahnılar və maraqlı səhnəciklərlə baharın gəlişini böyük sevinc və qürur hissi ilə qeyd etdilər.
Səməni, xonçalar, milli musiqilər və şən oyunlarla zəngin olan bayram tədbirimiz uşaqların yaddaşında unudulmaz anlara çevrildi.
Bu cür tədbirlərin keçirilməsi balalarımızda milli-mənəvi dəyərlərə sevgi, vətənpərvərlik ruhu və ənənələrimizə bağlılıq hissinin formalaşmasında mühüm rol oynayır.
Baharın gəlişi, ümidin, yeniliyin və gözəlliyin müjdəçisi olan Novruz bayramı münasibətilə hər kəsi Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasının kollektivi adından ürəkdən təbrik edirik!
Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin və Qarağacı bələdiyyəsinin birgə təşkilatçılığı ilə...