Cəmiyyət Region Xəbərləri 

Bərdədə baş həkim işdən çıxarıldı

Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib, yerinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə təyin olunub

Səhiyyə Nazirliyinin tabeliyində olan iki xəstəxananın baş həkimi postunda dəyişiklik olub.

ARANTV.AZ xəbər v erir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamına əsasən Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə onun yerinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə təyin olunub.

Məlumatı Bərdə rayon Mərkəzi Xəstəxanasından da təsdiq ediblər. Yeni baş həkim növbəti həftənin ilk iş günündə işinin icrasına başlayacaq.

Hələlik Biləsuvar rayon Mərkəzi Xəstəxanasına kimin baş həkim təyin ediləcəyi bilinmir.

Daha çox xəbərlər