Bazar ertəsi, 29 İyn, 2026

Adil Kərimlidən Birinci Türkoloji Qurultayla bağlı VACİB ÇIXIŞ

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən beynəlxalq konqresin rəsmi açılış mərasimində mədəniyyət naziri Adil Kərimli çıxış edib.

Musavat.com-un xəbərinə əsasən, nazir bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi, dil və mədəni irsinin öyrənilməsi baxımından mühüm dönüş nöqtəsi olub.

O vurğulayıb ki, bu mötəbər tədbirin 100 illiyinin qeyd edilməsi yalnız tarixi hadisənin xatırlanması deyil, həm də ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Adil Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən yubiley tədbirləri türk dünyası arasında elmi və mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 3-dək Bakı və Qarabağda beynəlxalq konfranslar, panel müzakirələri, sərgilər, mədəni proqramlar və digər tədbirlər keçiriləcək.