“Qarabağ”a 1 milyona gəldi
Macarıstanın “Zalaeqerseq” klubunun futbolçusu Bence Varkonyi karyerasını Azərbaycanda davam etdirəcək.
“Nemzeti Sport” nəşri bu barədə belçikalı insayder Saşa Tavolyeriyə istinadən xəbər yayıb.
Bildirilib ki, klubu ilə gələn ilin yayına qədər müqaviləsi olan 24 yaşlı mərkəz müdafiəçisi təxminən 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunub.
Tərəflər arasında 3 illik müqavilənin imzalanacağı gözlənilir. Bununla Varkonyi ilk dəfə legioner həyatı yaşayacaq.
Qeyd edək ki, Macarıstanın U-21 millisinin sabiq üzvü ölkəsində MTK klubunun yetirməsidir. Varkonyi 2023-cü ildən bəri “Zalaeqerseq” formasını geyinir./Bakıvaxtı.az/