Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilib -VİDEO
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin məzunlarına həsr olunmuş “Məzun Günü” tədbiri keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, işəgötürən müəssisələrin nümayəndələri, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin inzibati-rəhbər və pedaqoji heyəti, şəhid ailələrinin üzvləri, valideynlər və məzunlar iştirak ediblər.
2025–2026-cı tədris ili üzrə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 36 qrup üzrə ümumilikdə 552 tələbə məzun adını qazanıb. Onlardan 71 nəfər yüksək texniki peşə, 463 nəfər texniki peşə, 18 nəfər isə ilk peşə təhsili səviyyəsi üzrə təhsilini uğurla başa vuraraq məzun olub.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Samur Nəcəfov məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, ölkədə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatlar gənclərin müasir əmək bazarının tələblərinə cavab verən peşə bacarıqlarına yiyələnməsinə, ixtisaslı kadr hazırlığının gücləndirilməsinə və məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Digər çıxış edənlər də ölkəmizdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, peşə təhsilinin inkişafından, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir çərçivəsində məzunlar müxtəlif musiqili nömrələr və bədii proqramlarla çıxış ediblər. Sonda xatirə şəkilləri çəkdirilib.