Bakıda çörəyin içindən görün nə çıxdı – FOTOLAR
“Lökbatan çörək zavodu”nun istehsalı olduğu bildirilən çörəkdən yad cismin tapıldığı iddia olunur.
Musavat.com xəbər verir ki, vətəndaş Samir Ağayev sosial media hesabında paylaşım edərək aldığı çörəyin içərisindən qara rəngli naməlum cismin çıxdığını iddia edib.
Onun sözlərinə görə, analoji halla son bir neçə ay ərzində artıq üçüncü dəfə qarşılaşıb:
“İyunda iki dəfə, indi isə yenidən çörəyin içindən qara rəngli, yanmış vəziyyətdə iyrənc bir şey çıxdı. Bir az siçan nəcisinə oxşayırdı. Əlcəklə yoxladım, xəmir deyildi. İlk iki dəfə səhv ola bilər deyib keçdim. Amma artıq bu zavodun çörəyini almıram və heç kimə də məsləhət görmürəm”.
Paylaşım müəllifi iddia edib ki, məhsulun qablaşdırmasının üzərində göstərilən mobil və şəhər telefon nömrələrinə zəng çatmır və istehsalçı ilə əlaqə saxlamaq mümkün olmur.
“Şikayətə baxan yoxdur, nömrələr aktiv deyil. Bu zavodun çörəyi olduğu üçün iki dəfə göz yummuşdum. Amma üçüncü dəfə də eyni halla rastlaşdıqdan sonra artıq çörəyi şəhərdən alıb gətiririk”, – deyə vətəndaş qeyd edib.
Qeyd edək ki, paylaşımda səsləndirilən fikirlər vətəndaşın şəxsi iddialarıdır.
Musavat.com olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

