Cəmiyyət 

Şəmkirdə leş əti aşkarlandı – AQTA satışa imkan vermədi

Göygöl rayon sakini Azər Məmmədov 58 kq ölmüş heyvan əti satarkən yaxalanıb

Şəmkirdə satışa çıxarılan ölmüş heyvan əti aşkarlanıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qurumun məlumatına görə, Şəmkir rayonunda keçirilən monitorinq zamanı Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub.

İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.Sonxeber.az

Daha çox xəbərlər