Əhmədin videosu izləmə rekordu qırdı – 2 milyon baxış
Gənc müğənni Əhməd Mustafayevin ifa etdiyi “Canan” mahnısı hitə çevrilib. ARANTV.AZ-ın məlumatına görə, mahnını 1 ay ərzində 2 milyondan çox insan dinləyib. Eyni zamanda sosial şəbəkələrdə ən çox paylaşılan mahnı da məhz “Canan” olub. Mahnının sözləri Məşhədi Babaya, musiqisini müğənni özü bəstələyib. Klipin rejissor və aranjimanı isə Fərid Ağaya məxsusdur. Layihənin prodüseri Trural Nəbiyevdir. Qeyd edək ki, Əhməd Mustafayev bir vaxtlar “Yeni ulduz” mahnı müsabiqəsinin iştirakçısı olub. Həmin ifanı təqdim edirik:

