Hadisə 

Bakıda ticarət mərkəzi qarət edildi

Bakının Xəzər rayonunda yerləşən ticarət mərkəzlərinin biri qarət olunub.

ARANTV.AZ  xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.

Araşdırmalarla T.Azadinin  Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.

oxu.az

Daha çox xəbərlər