Dünya 

Çipras ilin sonuna qədər Moskvaya səfər edəcək

Yunanıstanın Baş naziri Aleksis Çipras Rusiya səfərinin bu il baş tutacağına və iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcəyinə ümid etdiyini bildirib.

ARANTV.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatına Yunanıstanın hökumət dairələrinə yaxın iki mənbə danışıb.

“Çipras hesab edir ki, hər nə baş veribsə keçmişdə qoymaq lazımdır. Baş verənləri geridə qoyub, münasibətlərdə irəli addımlayaraq Rusiya ilə əlaqələri bərpa etmək lazımdır. Baş nazir ilin sonuna kimi Moskvaya səfər etmək istəyir”, – mənbə bildirib.

Daha çox xəbərlər