Yaponiyanın yeni imperatoru taxta çıxdı-VİDEO
Yaponiyada yeni imperator Naruxito taxta çıxıb. ARANTV.AZ-ın məlumatına əsasən, tədbirdə 200 qonaq iştirak edib. Tacqoyma mərasimi Yaponiyanın bütün telekanalları və xarici KİV tərəfindən yayımlanıb.
Naruxito Yaponiyaya və onun xalqına xidmət etməyə and içib.
“Qoy xalqın müdrikliyi və təşəbbüsü ölkəmizin daha da inkişafına səbəb olsun. Mən arzu edirəm ki, xalqımız dünyanın sülh və dostluğuna, beynəlxalq cəmiyyətə və bəşəriyyətin rifahına öz töhfəsini versin”, – deyə yeni imperator bildirib.
Naruxito eyni zamanda Yaponiyanın Baş Naziri Sindzo Abeni salamlayıb.
Sonxeber.az

