Hadisə 

Kərbəlada itkin düşən azərbaycanlı zəvvarın cəsədi tapıldı

Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa – Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişidiyi bildirilib.

Bu barədə Trend-ə axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.

Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər vermişdik.

Daha çox xəbərlər