Cəmiyyət 

Bazarlarda meyvələrin qiymətinin yüksək olması İNHİSARÇILIQla bağlıdır-Ekspert bahalaşma ilə bağlı AÇIQLAMA

Payız fəslində, yəni, meyvələrin bol olduğu mövsümdəyik və Azərbaycanın elə bir kəndi, rayonu yoxdur ki, orda bağçılıq inkişaf etməsin. Bu, əlbəttə ki, bazar mühitindəki qiymətlərə yaxşı təsir etməli idi. Amma, təəssüflər olsun ki, bolluğun tüğyan etdiyi məmləkətdə bazarlarda meyvələrin qiyməti “kəllə – çarxa” çıxır.
Mövzu ilə əlaqədar iqtisadçı- ekspert Elşad Məmmədovun fikirlərini öyrəndik. O, bunun səbəbini ilk növbədə inhisarçılıqla izah etdi:
Bunun səbəbi ilk növbədə inhisarçılıqla bağlıdır və o inhisarçılıq məhz ticarət şəbəkəsində özünü göstərməkdədir. Çünki yerlərdə bilirik ki, həmin kənd təsərrüfatı istehsalçıları ucuz qiymətə məhsullarını satışa çıxarırlar.

Ekspert qeyd edir ki, kənd təsərrüfatı istehsalçılarının məhsullarını hətta, maya dəyərindən də aşağı qiymətlərlə satışa çıxarmasına baxmayaraq ticarət şəbəkələrindəki, tədavül sferasındakı inhisarçılıq nəticəsində pərakəndə satışa, yəni son satış nöqtələrinə, ticarət şəbəkələrinə- bazarlara həmin kənd təsərüffatı məhsulları dəfələrlə şişirdilmiş rəqəmlərlə çıxarılır:
“Bu, məhz inhisarçılıq meylləri ilə ticarət şəbəkələrindəki faktiki olaraq spekulyativ kanalların çox olması ilə və o kanallar tərəfindən bütün ticarət şəbəkəsinin əhəmiyyətli hissəsinin inhisar edilməsi ilə bağlıdır. Ona görə də problem burda istehsalın az olması ilə deyil, məhz ticarət şəbəkəsindəki inhisarçılıqdadır”.

Şəlalə Babayeva
Bazarlarda meyvələrin qiymətinin yüksək olması İNHİSARÇILIQla bağlıdır-Ekspert bahalaşma ilə bağlı AÇIQLAMA

Daha çox xəbərlər