Cəmiyyət 

Duzun daha bir ziyanı ÜZƏ ÇIXDI

Ekspertlər duz qəbulu ilə əqli zəiflik arasında əlaqənin olduğunu kəşf ediblər. ARANTV.AZ-ın məlumatına əsasən, bu barədə təcrübənin nəticələri “Nature” tərəfindən yayımlanıb. Alimlər qeyd ediblər ki, duzdan həddən artıq istifadə etmək əqli zəifliyə səbəb olur. Bunu sübut etmək üçün isə alimlər siçanlar üzərində təcrübə aparıblar.
Alimlər siçanları tərkibində normadan 16 dəfə çox duz olan qida ilə yemləyiblər. Duzla qidalanan siçanlar digərlərinə nisbətən testlərdə zəiflik göstəriblər. Siçanlara lazım olan oksigen və azot veriləndən sonra qabiliyyətləri əvvəlki səviyyəsinə qayıdıb.
Məlum olub ki, qidanın tərkibindəki duz azot oksidinin sintezini aşağı salır. Bu isə orqanizmə ziyandır, belə ki, növbəti mərhələdə tau-zülalların fosforlaşmasına səbəb olur. Alimlərin fikrinə əsasən, tau-zülalların işində problem yaranması “AlzHeimer” xəstəliyinə səbəb olur.Sonxeber.az

Daha çox xəbərlər