Avstraliyanın 30-cu baş naziri məlum oldu
Avstraliyada iqtidarda olan Liberal Partiya daxilindəki liderlik yarışını ölkənin Xəzinə naziri Skot Morrison qazanaraq ölkənin 30-cu baş naziri oldu.
ARANTV.AZ bildirir ki, Liberal Partiya və Dövlət Partiyası koalisiya hökumətində qaçqınalma, enerji siyasəti və seçkilərdə uğursuzluqlar üzündən çıxan böhran baş nazir dəyişikliyilə nəticələndi.
Bundan əvvəlki baş nazir Malkolm Törnbull 21 avqustda partiyadaxili səsvermədə qazanaraq liderliyini qorusa da, bundan iki gün sonra onu dəstəkləyən nazirlərin dəyişməsilə keçmiş Daxili İşlər naziri Piter Dattonun başçılığı ilə müxalifət ikinci səsvermə tələb etdi. Amma o deyil, Xəzinə naziri Skot Morrison daha çox səs toplayaraq, Avstraliyanın 30-cu baş naziri seçildi.
Qeyd edək ki, Sidneyin Kuk bölgəsindən 2007-ci il seçkilərində qazanaraq deputat olan, Yeni Cənubi Uels Universiteti İqtisadiyyat fakültəsinin məzunu, 50 yaşlı Skot Morrison Miqrasiya və Sərhəd Mühafizə Departamentində, Sosial Xidmətlər Nazirliyində və son olaraq Xəzinə naziri vəzifəsində çalışıb.
milli.az

