Ərəbin pulunu oğurlayanlar saxlanıldı
Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də əcnəbi vətəndaş Mohamed Abdulla Ahmed Ali Al-Alinin rayon ərazisində kirayədə yaşadığı evdən 300 dirhəm (138 manat) pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov saxlanılıblar.ölkə.az

