VAR Çempionlar Liqasına gəlir

Çempionlar Liqasında da videotəkrar (VAR) sistemi tətbiq ediləcək.

ARANTV.AZ  xəbər verir ki, UEFA turnirin 1/4 final mərhələsindən sözügedən yenilikdən istifadə etməyi planlaşdırır.

Bu qərar sentyabrın əvvəlində Avropa Klublar Assosiasiyasında bir daha müzakirə olunacaq. Yeniliyin tətbiq ediləcəyi halda, əlavə hakim köməkçilərindən imtina ediləcək.

Qeyd edək ki, ötən ay UEFA Hakimlər Komitəsinin sədri vəzifəsindən ayrılan Pyerluici Kollina da Çempionlar Liqasında VAR sisteminə keçidi dəstəkləmişdi.

oxu.az