Filippində faciə, ölənlər var
Filippinin şimalında insanların olduğu yük maşını dərəyə düşüb, ən azı 19 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə Apayao vilayətində baş verib.
Bildirilir ki, sürücü yük maşınında olan nasazlıq səbəbindən idarəetməni itirib. Dərəyə düşməzdən əvvəl yük maşını aşıb.

