Bakıda qadını maşın vurdu
Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, hadisə rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb.
Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən 60-65 yaşlı qadını yolu keçmək istəyən zaman maşın vurub. Hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadına kəllə-beyin travması və alın nahiyəsinin əziyi diaqnozu qoyulub.
Araşdırma aparılır.

