Qaçırılıb aylarla qaranlıq otaqda… – Hövsanda qızlara söz atan Mehdixandan ŞOK ETİRAF
Hövsandakı qızlara söz atan Mehdixan Məmmədov qaçırılıb, aylarla qaranlıq otaqda saxlanıldı.
ARANTV.AZ xəbər verir ki, Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində məlumat verilib.
Verilişdə Mehdixan Məmmədov bildirib ki, mən benzin doldurma məntəqəsində oturan zaman Aynurə mənə dedi ki, atandan icazə almışam mənimlə gedək:”Topdansatış məntəqəsindən alış-veriş edəcəm. Sən də mənə kömək et. Məndə anama zəng etdim ki, gəl mənim yerimdə otur, alış-verişə gedirəm. Aynurədən 115 manat pul aldım. Telefonum özümdəd idi. Avtobusa minən zaman arxa oturacaqda oturdum. Yanımda iki oğlan var idi. Mənə dedilər ki, sən videodakı oğlansan. Dedim hə. Onlar mənə avtobusdan düşməyəcəyimi söylədilər. Məni təhditlə avtobusda saxladılar. Biri kəmərimdən tutub, “səsini çıxarma” dedi. Dəmir yolunu keçən zaman gözümü bağlayıb ağ maşına mindirdilər. Gözümü açan zaman qaranlıq bir otaqda idim. bir neçə ay orada qaldım. Mənə anamın üzr istədiyi videonu göstərib yenidən ağ maşına mindirdilər. Yol pulumu verib məni avtobusla yola saldılar. Mən bu aylar ərzində gördüm ki, qeyrət söhbətinə görə nələr edilə bilər. Mənə də üzr istətdilər”.Sonxeber.az



