Dünya 

Gürcüstandan Rusiyaya gedən avtomagistral bağlanıb

Gürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.

ARANTV.AZ  BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib.

Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.

Bəzi məlumatlara görə, hazırda Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 100-dən çox avtomobil dayanıb.

Gürcüstan tərəfi ehtiyacı olanlara müvafiq köməklik göstərir.

Daha çox xəbərlər