ABŞ hərbi qüvvələrinin Suriyada müəmmalı yer dəyişimi – VİDEO
ABŞ silahlı qüvvələrinin Şərqi Suriyada hərəkətini əks etdirən görüntülər yayılıb.
Videoda ABŞ ağır zirehli texnikasının Suriyanın şərq hissəsi ilə hərəkət etdiyi görünür.
İçində tankların da olduğu 172 iri zirehli texnikanın ABŞ-ın Şimali Suriyadakı Rəqqa və Hələb bölgəsindəki hərbi bazada yerləşdiriləcəyi güman edilir.
Oktyabrda ABŞ Suriyanın şimalında hərbi qüvvələr yerləşdirəcəyini və bunun neftlə zəngin ərazilərin hərbçilərin əlinə keçməməsi məqsədi daşıdığını bildirmişdi.
Suriya parlamenti isə cavab olaraq demişdi ki, Dəməşq ərazisindəki neftlə zənmgin torpaqlar dövlətin nəzarətinə veriləcək.

