Oqtay Əsədovdan deputatlara – XƏBƏRDARLIQ
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deputatları reqlamentə əməl etməyə çağırıb.
ARANTV.AZ-ın məlumatına görə, O.Əsədov iclasda çıxış üçün beş dəqiqəlik limitin olduğunu xatırladıb:
“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün beş dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur, beş dəqiqəyə riayət edək”. Oxu.Az

