Sankt-Peterburqdan Bakıya yeni aviareys açılıb
Rusiyanın “Smartavia” şirkəti Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya müntəzəm reyslər keçirməyə başlayıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətindən məlumat veriblər.
Reyslər bu gündən başlayaraq həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Uçuşların cədvəli 2020-ci ilin martınadək tərtib olunub.
Reysin qiyməti 342.55 AZN göstərilir.

