YPG Əsəd rejimi ilə danışıqlara başladı

YPG terror qruplaşmasının onurğasını təşkil edən Suriya Demokratik Qüvvələrinin siyasi qanadı hesab olunan Demokratik Suriya Məclisi üzvləri Dəməşqə gedərək Suriya hökuməti ilə danışıqlara başlayıb. ARANTV.AZ xəbər verir ki, bu barədə DSM həmsədri Riyad Darar danışıb. Onun sözlərinə görə, iki gün əvvəl Dəməşqə gedən DSM heyətinə digər həmsədr İlham Əhməd başçılıq edib. Görüş zamanı hərbi və…

Daha çox ..

Bakıda piyadanı öldürən sürücü həbs edildi

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Əflatun Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. İttihama görə, yol qəzası ötən…

Daha çox ..

“ABŞ Türkiyəni təhdid etməklə heç nəyə nail olmayacaq”

ABŞ Türkiyənin ünvanına təhdidlər səsləndirməklə heç nəyə nail olmayacaq. ARANTV.AZ  bildirir ki, bu barədə trend-ə Türkiyə Prezidenti Administrasiyasından ABŞ Prezidentinin amerikalı rahib Endryu Bransonun saxlanması ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiqinə çağırışını şərh edərkən deyiblər. Qeyd olunub ki, Türkiyə demokratik ölkədir və ABŞ-dan onun qanunlarına hörmət etməyi tələb edir: “ABŞ hələ də FETÖ terror təşkilatının…

Daha çox ..

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr konstruktiv keçib

ARANTV.AZ xəbər verir ki, “Rusiya-Azərbaycan münasibətləri tarixi sınaqlardan çıxıb və müasir inkişafa əsaslanır. Rusiyada Azərbaycanı, Bakını sevirlər,  dövlətinizin bütün uğurlarına sevinirlər”. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova Azərbaycan televiziyasına müsahibəsinə belə deyib. Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında xarici siyasətin informasiya təminatı mövzusundakı məsləhətləşmələr də konstruktiv keçib. Azərbaycan və…

Daha çox ..

Məşhur azərbaycanlı müğənnilər qohum çıxdı – İlk dəfə efirdə AÇIQLADI – VİDEO

Bu gün “Hər şey daxil”in efirində qonaq olan əməkdar artist Rühəngiz Allahverdiyeva Nazəninlə qohum olduqlarını deyib. ARANTV.AZ milli.az-a istinadən xəbər verir ki, ilk dəfə bu məlumatı etiraf edən xanım sənətçi bundan əlavə yaxın rəfiqə olduqlarını da sözlərinə əlavə edib. Nazənin əməkdar artistin sözlərini təsdiqləyərək, əvvəl Ruhəngizlə qonşu olduqlarını da bildirib. Videonu izləmək üçün şəklə klikləyin:  

Daha çox ..

İsrail Trampın xahişi ilə türk qızı azadlığa buraxdı

İsrail hökuməti ABŞ prezidenti Donald Trampın xahişindən sonra HƏMAS hərəkatı ilə əlaqədə ittiham olunan Türkiyə vətəndaşı Ebru Özkanı azadlığa buraxıb. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Reuters” İsrail hökumətindəki mənbəyə istinadla məlumat yayıb. “The Washington Post” qəzeti qeyd edib ki, Tramp bununla Ankaranın 2017-ci ildə terrorçularla əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmasına çalışır. Guya ABŞ…

Daha çox ..

Yıldırımdan Trampa cavab: Bizə təhdid keçməz

FETÖ liderini mühafizə etdiklərini unutmasınlar. ARANTV.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın keşiş Bransonun azadlığa buraxılmayacağı halda Türkiyəyə qarşı sanksiya təhdidinə qarşılıq olaraq TBMM sədri Binəli Yıldırım deyib. “Bizə təhdid keçməz. ABŞ hüququn qərarına hörmət etməlidir. ABŞ ucuz təhdid dilini buraxmalıdır”, – Binəli Yıldırım bildirib.axar.az

Daha çox ..

Putinin Ərdoğanla zarafatının görüntüsü yayıldı – Video

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Yohannesburqda görüşündə zarafatlaşıb. ARANTV.AZ xəbər verir ki, Putin Rusiya ətinin Türkiyəyə çatdırılması başlananda Ərdoğanın restoran dəvətini qəbul edəcəyini bildirib. – Siz məni restorana dəvət edəcəyinizə söz vermişdiniz, – Putin deyib. – Mən dəvət edirəm, – Ərdoğan ona cavab verib. – Biz razılaşdıq ki, siz ət məhsulumuzu…

Daha çox ..

DİQQƏT! Bu marşrut xətlərinin son dayanacaq məntəqələri dəyişdirildi

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə…

Daha çox ..

“Paşinyanın iddiaları sərsəm fikirlərdən başqa bir şey deyil”

“Ermənistanın baş naziri Nikol Paşinyanın “Exo Moskvı” radiosuna müsahibəsində səsləndirdiyi fikirlər qeyri-obyektiv və gülüncdür”. ARANTV.AZ xəbər verir ki, bunu trend-ə politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib. N.Paşinyan müsahibədə həmçinin bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) guya SSRİ qanununa əsasən Azərbaycanın tərkibindən çıxıb. F.Sadıxov qeyd edib ki, N.Paşinyan bu məsələdə də böyük səhvə yol…

Daha çox ..