Cəmiyyət 

Nazir: “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt üzrə kurslara start veriləcək”

Növbəti tədris ilindən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, ADA Universiteti və MEGASEC şirkətinin birgə təşkilatçılığı ilə “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kurslar keçiriləcək. Musavat.com xəbər verir ki, bunu səhiyyə Naziri Teymur Musayev “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatında açıqlayıb. Teymur Musayev vurğulayıb ki, il boyu davam edəcək təlim proqramları bütün tibb ixtisasları üzrə mütəxəssisləri əhatə edəcək və səhiyyə sisteminin rəqəmsal transformasiyasına dəstək verəcək.

Read More
Siyasət 

Prezident Mərkəzi Bankın yeni binasının açılışında – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Musavat.com xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib. Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir. Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb. Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub. Bina 35 mərtəbədən ibarətdir,…

Read More
Cəmiyyət 

Sadə toylara qayıtmaq problemi – Kulturoloqdan fərqli BAXIŞ: “Kim dəbdəbə istəyirsə…”

“Son vaxtlar Azərbaycanda toylar öz mahiyyətindən uzaqlaşıb, daha çox dəbdəbə və şouya çevrilib. Bu isə həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan insanlara və cəmiyyətə mənfi təsir göstərir. Dünyanın bir çox sivil ölkəsində toylar 50–60 nəfərin iştirakı ilə sadə formada keçirilir”. Bunu Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı toyların dəbdəbəli keçirilməsi barədə danışarkən deyib (Axar.az). Onun sözlərinə görə, toyun mahiyyəti ailə qurulmasının qeyd olunmasıdır: “Toy şou və ya konsert deyil, dəbdəbə və zənginlik nümayişi və ya insanları borc və kreditə salan mərasim də olmamalıdır. Gənclər yüksək toy xərclərini…

Read More
Cəmiyyət 

Şamil Ayrım: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülh və hüquqa söykənir

Azərbaycan bu gün gücünü yalnız hərbi qüdrətindən deyil, həm də beynəlxalq hüquqa əsaslanan mövqeyindən alır. “Report” xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” adlı l beynəlxalq elmi konfransda deyib. Onun sözlərinə görə, Qərbi Azərbaycan məsələsi sadəcə coğrafi mübahisə deyil: “Bu, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına ləyaqətli, təhlükəsiz və şərəfli şəkildə qayıtmaq hüququ məsələsidir. Biz bilirik ki, bu gün Ermənistan adlandırılan ərazilərdə tarix boyu azərbaycanlılar yaşamışlar. İrəvandan Göyçəyə, Zəngəzurdan Dərələyəzə qədər…

Read More
Cəmiyyət 

Dondurmanın inanılmaz faydaları varmış, amma…

Dondurma kalsium mənbəyidir, asanlıqla həzm olunan protein ehtiva edir və eyni zamanda insanın stress səviyyəsini azalda bilən xoş bir qidadır. Publika.az xəbər verir ki, bunu rusiyalı alim, dietoloq Olqa Yamilova bildirib. Mütəxəssis dondurmanın əsasını təşkil edən həm süddə, həm də qaymaqda bu tip maddələrin olduğunu bildirib. O, həmçinin qeyd edib ki, tərkibində xeyli miqdarda heyvan yağları və şəkər olduğu üçün dondurmanın istehlakı məhdudlaşdırılmalıdır. Yamilova bildirib ki, mədəaltı vəzi və qaraciyərin normal fəaliyyət göstərməsinə davam etməsi üçün dondurma yeyərkən belə bədəndə artıq heyvan yağı və şəkərin əmələ gəlməsinə yol verməməliyik. Müəllif: Tural

Read More
Gündəm 

Qərbi Azərbaycan İcması bu günə qədər beynəlxalq təşkilatlara 120 məktub ünvanlayıb

Bu günə qədər Qərbi Azərbaycan İcması müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlayıb. “Report” xəbər verir ki, bunu İcma sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” adlı l beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, İcmanın 11 sənədi BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb. “İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə isə 345 bəyanat yayılıb. Azərbaycana səfər edən xarici nümayəndələrlə və…

Read More
Dünya 

Zaxarovadan İrəvana ağır təhqir və lağ: “Ermənistan “A” məntəqəsindən…”

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin eyni vaxtda həm Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında  qalıb mənfəət götürmək, həm də Avropa İttifaqına (Aİ) üzv olmaq cəhdlərini çox sərt və ironik bir dillə tənqid edib. Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətinin bu xarici siyasət xəttini “A” məntəqəsindən “G” məntəqəsinə uçmaq istəyən qeyri-ciddi sərnişinin davranışına bənzədib. Moskvada keçirilən brifinqdə çıxış edən Zaxarova İrəvanın bu addımlarını təyyarə reysi nümunəsi ilə ələ salaraq deyib: “Təsəvvür edin, aeroportdur, gözləmə zalıdır, tranzit reysdir. Bütün sərnişinlər yoxlamadan, sərhəd nəzarətindən keçiblər, hər…

Read More
Cəmiyyət 

Avropadakı market təcrübəsi Azərbaycanda tətbiq oluna bilər? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illərdə dünyanın bir çox ölkəsində, xüsusilə də Avropa ölkələrində supermarketlərdə məhsulların tərkibinə xüsusi diqqət ayrılır. Bir sıra market şəbəkələrində təbii, orqanik və konservantsız məhsullar ayrıca vitrin və rəflərdə təqdim olunur, süni qatqılı və emal olunmuş məhsullar isə fərqli bölmələrdə yerləşdirilir. Bu yanaşmanın əsas məqsədi alıcıların seçim imkanlarını asanlaşdırmaq, sağlam qidalanmaya marağı artırmaq və istehlakçıları məhsulun tərkibi barədə daha məlumatlı etməkdir. Son dövrlərdə Azərbaycanda da qida məhsullarının tərkibi, istifadə olunan qatqılar və sağlam qidalanma mövzusu daha çox müzakirə olunur. Bir çox alıcı marketlərdə məhsulların daha aydın şəkildə kateqoriyalara bölünməsinin vacib…

Read More
Cəmiyyət 

Hacı Tahirin gözləri tutuldu

İmamzadə ziyarətgah kompleksinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi Hacı Tahir Abbasovun səhhətində ciddi problemlər yaranıb. Şəkərli diabetdən əziyyət çəkən Hacı Tahir Abbasov bir müddət əvvəl Bakıda gözündən əməliyyat olunub. Hazırda onun digər gözündə də ağırlaşma müşahidə olunur və görmə qabiliyyətini, demək olar ki, itirib. İlkin ehtimallara görə, buna səbəb keçirdiyi əməliyyatın uğursuz olmasıdır. T.Abbasovun yenidən Bakıda cərrahi əməliyyat olunacağı bildirilir.\\teleqraf

Read More
İdman 

“Turan Tovuz” UEFA-nın qərarından CAS-a şikayət edəcək

“Turan Tovuz” klubu UEFA bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Bu barədə qərb təmsilçisinin yaydığı rəsmi bəyanatda bildirilib. Klubun bəyanatını təqdim edirik: “2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək çempionatı 3-cü pillədə başa vurduq və haqqımız olan ‘Konfrans Liqası’nda çıxış etmək hüququ qazandıq. Lakin UEFA İntizam Komitəsi klubumuzun lisenziyalaşdırma kriteriyalarına cavab verib-verməməsi ilə bağlı araşdırma aparıb. Qurum AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürərək, 2 iyun 2026-cı ildə klubumuzu 2026/2027-ci illər mövsümündə UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırıb. Xatırladaq…

Read More