Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşübFOTO
Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb. Musavat.com xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, rəhbər heyət hərbi qulluqçuların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara cavab verən bütün imkanlar mövcuddur. Müdafiə naziri şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə…
Read More