Cəbhədən Xəbər 

Hərbi qeydiyyatla bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliləri imzalayıb. Qeyd edilib ki, vətəndaşlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Əvvəlki qanuna əsasən, bu, 3 gün idi. Dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər…

Read More
Cəmiyyət 

Bu rayonda əməliyyat keçirildi – Saxlanılanlar var

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar. Musavat.com xəbər verir ki, onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

Read More
Siyasət 

İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı

“Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanun qüvvəyə minib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb. Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub. Qanunda ilk dəfə uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır, uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir. Həmçinin yeni qanunda zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir. Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi…

Read More
Gündəm 

Ölkə iqtisadiyyatında KRİTİK dönüş – 150 milyardlıq ÜDM realdırmı?

Planlı transformasiya ilə Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər. Musavat.com xəbər verir ki, bu proqnoz beynəlxalq konsaltinq şirkəti “OliverWyman Group”un hesabatında yer alıb. Qeyd edilib ki, aparılan təhlilə əsasən, Azərbaycan iqtisadiyyatı kritik dönüş nöqtəsindədir və mövcud resurslar, strateji mövqe və struktur islahatlar sayəsində növbəti onillikdə ÜDM-i iki dəfə artırmaq imkanına malikdir. Hesabatda qeyd olunur ki, 2035-ci ilə qədər 150 milyard dollarlıq iqtisadiyyata çatmaq təsadüfi deyil, bu, mövcud üstünlüklərə əsaslanan planlı və strukturlaşdırılmış transformasiya nəticəsində mümkündür. Eyni zamanda, turizm sektorunun inkişafı xüsusi vurğulanır. 2024-cü ildə ölkəyə 2,6…

Read More
Gündəm 

Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -VACİB AÇIQLAMA

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir. Bəs qlobal tendensiyalar fonunda Azərbaycanda da kommunal xidmətlərin qiymətlərinin artması mümkündürmü? Musavat.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda kommunal xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və bu sahədə qərarlar inzibati qaydada qəbul olunur. Onun sözlərinə görə, dünyada baş verən proseslərin ölkədaxili tariflərə birbaşa təsiri mümkün deyil. “Enerji qiymətlərinin artması dünya üçün…

Read More
Cəmiyyət 

Gülləri əzən bloger danışdı: “Mənim gördüklərimi heç yuxunuzda görməmisiniz” -VİDEO

“Tülpanlarla bağlı çəkdiyim video ilə əlaqədar açıqlama vermək istəyirəm. Əslində, bunu etməzdim, amma görürəm ki, bəzi insanlar həddindən artıq narahatlıq keçirirlər. İlk olaraq qeyd etmək istəyirəm ki, mən heç bir gülə, hətta bir ləçəyinə belə zərər verməmişəm. Orada boş bir hissə var idi, mən də videonu həmin yerdən keçərək çəkmişəm. Bu məsələ bununla bağlıdır”. Musavat.com xəbər verir ki, bunu Dənizkənarı Milli Parkda gülləri əzərək yararsız hala saldığına görə polisə çağırılan bloqerlərdən biri olan Selcan Vəlizadə deyib. O, tənqidlərlə razılaşmadığını bildirib: “Şərhlərdə görürəm ki, bəzi insanlar mədəniyyətdən dərs keçirmiş kimi danışırlar, amma…

Read More
Region Xəbərləri 

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biridir. Onun həyat və fəaliyyəti elmə, insanlara xidmətin parlaq nümunəsidir. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını…

Read More
Gündəm 

AZAL-ın təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ: Qazaxıstandan MÜHÜM AÇIQLAMA

Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar İCAO standartlarına uyğun olaraq davam etdirilir. Musavat.com xəbər verir ki, Qazaxıstanın Nəqliyyat Nazirliyindən verilən məlumata görə, komissiyanın işi başa çatana qədər istintaqın gedişatı barədə məlumatlar açıqlanmayacaq. Nazirlikdən izah edilib ki, tətbiq olunan bu məhdudiyyətlər aviasiya hadisələrinin araşdırılmasına dair milli qaydalar çərçivəsində həyata keçirilir. Xatırladaq ki, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb. Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj…

Read More
Gündəm 

Bibiheybət yolu niyə açılmayıb? –RƏSMİ AÇIQLAMA

Yağıntılı hava şəraiti səbəbindən Bibiheybət yolunda aparılan təmir işlərində təxminən 10–12 saatlıq gecikmə yaranmışdır. Hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işlərinin tamamlanması ilə yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, Agentlik tərəfindən işlər maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilir. Belə ki, ərazidə problem yarandığı müddətdə yol tam bağlanmamış, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin edilməklə təmir işləri paralel şəkildə icra olunmuşdur. Yalnız son mərhələdə, təhlükəsizlik tələbləri və texnikanın sərbəst manevr imkanlarının təmin edilməsi…

Read More
Dünya 

Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?

2025-ci ildə dünya üzrə yəhudi əhalinin sayı 15,8 milyon nəfər olub. Bu barədə İsrailin Mərkəzi Statistika Bürosu məlumat yayıb. Hesablamalara görə, dünya yəhudilərinin 45 faizi İsraildə, 40 faizi isə ABŞ-də yaşayır. İsraildə 7,2 milyon, ABŞ-da 6,3 milyon, Fransada 436 min, Kanadada 407 min, Birləşmiş Krallıqda 315 min, Argentinada 168 min, Almaniyada 126 min, Rusiyada 120 min, Avstraliyada isə 117 min yəhudi yaşayır. Məlumatda Azərbaycanda yaşayan yəhudilərin sayı qeyd olunmasa da, 2019-cu ildə keçirilən əhalinin son siyahıyaalınmasına əsasən, ölkəmizdə 5 min 94 yəhudi mənşəli vətəndaşın yaşadığı qeyd olunmuşdu. Amma İsrail mənbələrində…

Read More