Cəmiyyət 

Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edibFOTO

Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib. AZƏRTAC xəbər verir ki, ziyarət çərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib. Səhiyyə naziri Teymur Musayev ölkəmizdə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələrə verilən dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.

Read More
Cəmiyyət 

Bakıda dövlət-din münasibətlərinə dair mühüm forum

“Azərbaycan həm Şərq, həm də Qərb mədəniyyətləri arasında körpü funksiyasını uğurla həyata keçirir” “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək. Dekabrın 24-nə planlaşdırılan tədbir dövlət-din münasibətlərinin konstitusion prinsipləri – dünyəvilik və vicdan azadlığı kimi təməl dəyərlərin müzakirəsinə həsr olunub. Forumda din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi və mədəni əsasları, dini kadrların peşəkar inkişafı, həmçinin Azərbaycanda multikultural və tolerant mühitin daha da gücləndirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq. Musavat.com xəbər verir ki, tədbirə ölkənin aidiyyəti dövlət qurumları, din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri və…

Read More
Cəmiyyət 

Məktəb dərsliklərindəki “tərsliklər”

Ekspert deyir ki, şagirdlər üçün nəzərdə tutulan kitabların çox az hissəsi pilot sınaqlardan keçib; “Dərslik müəllifləri repetitorluqla məşğul olan şəxslərdir, ona görə… Ümumtəhsil məktəbləri üçün dərslik hazırlama prosesi olduqca çətin və məsuliyyətli bir işdir. Dərsliklər xüsusi strategiya əsasında hazırlanmalıdır və prosesə mütləq ciddi nəzarət olmalıdır. Dərsliklərin hazırlanması işinə Elm və Təhsil Nazirliyinin birbaşa nəzarət etməsi zəruridir. “Bakı-Xəbər” yazır ki, dərsliklər kənarda hazırlanır. Yəni istənilən müəllif dərslik hazırlayır, onu layihə şəklində nazirliyin keçirdiyi tenderə təqdim edir. Onun layihəsinin dərslik kimi qəbul edilməsi tenderin nəticələrindən asılı olur. Əslində isə hər kəsə dərslik…

Read More
Cəmiyyət 

Sabah qatı duman olacaq – XƏBƏRDARLIQ

Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 11-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Read More
Cəmiyyət 

Leysan xəbərdarlığı – Bakıda “köhnə hamam, köhnə tas…”

Ekspert: “Paytaxtda yol çəkirlər, 3 aydan sonra kanalizasiya idarəsi gəlib deyir ki, buranı qazmalıyam, xətt çəkəcəyəm…” Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Son günlər Bakıya yağan yağış paytaxtı yenə iflic etdi. Şəhərin bir çox küçə və prospektlərində nəqliyyatın hərəkətində ciddi çətinliklər yarandı, avtomobillər saatlarla tıxacda qaldı. Sakinlər…

Read More
Cəmiyyət 

Narkotiklərə dair qanunları yumşaltmaq çağırışı

Hüquqşünas deyir ki, narkotikə görə cəza yox, müalicə mexanizmi olmalıdır Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası hökumətə bir sıra təkliflərlə çıxış edib. Təkliflər sırasında  hökumətə xuliqanlıq və narkotiklərlə mübarizəyə dair qanunvericilik aktlarına yenidən baxmağa, eləcə də  ölkəmizdə humanizmi və milli  birliyimizi gücləndirəcək geniş amnistiya aktı qəbul etməyə çağırış da var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq deyərkən ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi…

Read More
Cəmiyyət 

FHN yağıntılı havaya görə əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraitinə görə əhaliyə müraciət edib. Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. “Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə…

Read More
Cəmiyyət 

Sərxoşluğa görə baş verən qəzaların sayı azalıb

Sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə azalma baş verib. Bu barədə Musavat.com-a DİN-in BDYPİ-dən məlumat verilib. Bildirilib ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biridir: “Statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu təhlükənin hələ də aktual olduğunu göstərir. Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı…

Read More
Cəmiyyət 

Müəllimlər üçün ŞAD XƏBƏR

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək. Musavat.com-un məlumatına görə, məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir. Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.

Read More
Cəmiyyət 

İnformasiya sistemi haqqında Əsasnamə TƏSDİQLƏNDİ

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Musavat.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Keyfiyyət informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Keyfiyyət informasiya sistemində formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Agentlik ilə birlikdə Keyfiyyət informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə…

Read More