Cəmiyyət 

Gözlə yox, barmaqla oxuyanlar – Görmə məhdudiyyətli uşaqların tədris hekayəsi

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə təqdim olunan “Qaranlığa işıq saçan barmaqlar – görmə məhdudiyyətli uşaqların tədris hekayəsi” adlı qısametrajlı film dünyanı gözlə deyil, toxunuş, səs və hisslərlə dərk edən şagirdlərin məktəb həyatını canlandırır. “Qafqazinfo” xəbər verir ki, burada xüsusi dərs vəsaitləri ilə oxuyub-yazma bacarıqlarını inkişaf etdirən uşaqların tədris mühiti, müəllimlərin peşəkarlığı və göstərilən dəstək, inklüziv təhsilin vacibliyi və hər toxunuşun bir kəşfə çevrildiyi xüsusi öyrənmə dünyası diqqətə çatdırılır. Təhsil TV-nin hazırladığı görmə məhdudiyyətli uşaqların tədris prosesinə inteqrasiyasını əks etdirən videomaterialı təqdim edirik:

Read More
Cəmiyyət 

Azərbaycanda atalıq məzuniyyəti- kişilər 14 gün evdə qala biləcək

Azərbaycanda yeni ata olanlar ödənişli məzuniyyətə çıxa biləcək. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Mütəxəssislər bildirir ki, uşağın doğulması ilə bağlı kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi istiqamətində qanunvericilikdə təklif olunan dəyişiklik həm sosial, həm psixoloji, həm də institusional baxımdan son dərəcə doğru və zamanın tələbinə uyğun addımdır. Bu qərar ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin daha ədalətli şəkildə bölüşdürülməsi və ailədaxili harmoniyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət…

Read More
Cəmiyyət 

İran məhsullarının satışı ölkədə niyə qadağan olunmur? – SOSİOLOQ AÇIQLADI

Son vaxtlar ölkədə əhali arasında İran məhsullarına təlabat hədsiz artıb. Qiyməti ucuz olduğu üçün insanlar alış-veriş etdikləri zaman İran məhsullarına üstünlük verir. Lakin bu ölkənin məhsullarının keyfiyyətsiz olması səbəbindən bir çox ölkə öz ölkəsində İran məhsullarını qadağan edir. Çünki ucuz qiymətə mənşəyi məlum olmayan qida və qeyri-qida məhsulları insan sağlamlığı üçün çox təhlükəlidir. Bəs ölkəmizdə İran məhsullarına niyə qadağa qoyulmur? Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev BiG.AZ-a açıqlamasında bildirdi ki, hər bir ölkədə əgər maddi vəziyyət aşağıdırsa və həmin maddi vəziyyəti dövlət öz imkanları ilə qarşılaya bilmirsə bu kimi şeylərə göz yumur.…

Read More
Cəmiyyət 

Erkən nigahlara görə cəzalar niyə artırılmır? – HÜQUQŞÜNAS AÇIQLADI

Son vaxtlar ölkədə erkən nigahların sayı durmadan artır. Xüsusi ilədə bölgələrdə 15-16 yaşında qızların özlərindən iki dəfə böyük 30-35 yaşlarında evləndirilməsi adi hal alıb. Elə bu yaxınlarda bölgələrimizdən birində erkən hamiləlik səbəbi ilə 17 yaşlı qız dünyasını dəyişdi. Bəs erkən nigahlara görə cəzalar niyə artırılmır? Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, erkən nigahla bağlı həmin bölgədə yaşayan qonşular mütləq şəkildə bu haqda polisə məlumat verməlidir. Onun sözlərinə görə, məktəb direktorları tərəfindən əgər uşaq məktəbə gəlmirsə, bu haqda polisə məlumat verilməlidir: “Erkən nigahla bağlı əgər həmin azyaşlıya “toy” edilibsə,…

Read More
Cəmiyyət 

11 gün iş olmayacaq

Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasn növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş…

Read More
Cəmiyyət 

Həbsxana xəstəxanalarına nəzarət sərtləşir

Tələblərin müalicə müəssisələrinin müəyyən şəxslər üçün faktiki olaraq “yumşaldılmış cəza rejimi” funksiyasına çevrilməsinin qarşısını almağa yönəlməsi iddiası doğrudurmu – vəkilin şərhi Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarında dəyişiklik edilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır. Həmçinin təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün məhkumların seçilmə qaydası aşağıdakı kimi olacaq: Məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən…

Read More
Cəmiyyət 

Plastik torbaların qiyməti QALXDIVİDEO

  Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur. “Bu qiymət dəyişimi istehlakçı davranışına necə təsir edəcək?” sualı gündəmə gəlsə də, müşahidələr hələlik ciddi dəyişikliyin olmadığını göstərir. Şəhərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, plastik torbaların qiyməti artsa da, bu, insanların seçiminə ciddi təsir etməyib. Alıcıların böyük əksəriyyəti yenə də polietilen torbalara üstünlük verirlər. Bəzi istehlakçılar mağazalarda başqa alternativin az olduğunu bildirirlər: “Mağazalarda çox vaxt plastik paketlər təklif olunur, mən məcbur olub onlardan götürürəm”. Marketoloq Qələndər Məmmədlinin sözlərinə görə,…

Read More
Cəmiyyət 

Azərbaycanda 20 sentyabrda iş OLMAYACAQ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq. Musavat.com xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir.

Read More
Cəmiyyət 

Azərbaycanda distant iş rəsmiləşir

Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir. Musavat.com-un məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib. Yeni dəyişikliyə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə   (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan…

Read More
Cəmiyyət 

2020–2025 illər ərzində Mərkəzə neçə nəfər müraciət edib? – Səhiyyə Nazirliyi rəsmi statistikanı açıqlayıb

“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi herontologiya sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaranıb”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova açıqlayıb. Onun sözlərinə görə, müəssisə təsis edilənə qədər də müraciətlərin əsas hissəsini təqaüdçülər təşkil edib: “Bu, hal hazırda da belədir. 2020-ci il üçün müraciət sayı ümumi olaraq 1294 nəfər olub. Onlardan 789-u, yəni müraciət edənlərin 61%-ni təqaüdçü olub. 2025-ci ilin dekabr ayının 2-nə qədər olan ümumi…

Read More