Cəmiyyət 

Erkən nigahlara görə cəzalar niyə artırılmır? – HÜQUQŞÜNAS AÇIQLADI

Son vaxtlar ölkədə erkən nigahların sayı durmadan artır. Xüsusi ilədə bölgələrdə 15-16 yaşında qızların özlərindən iki dəfə böyük 30-35 yaşlarında evləndirilməsi adi hal alıb. Elə bu yaxınlarda bölgələrimizdən birində erkən hamiləlik səbəbi ilə 17 yaşlı qız dünyasını dəyişdi. Bəs erkən nigahlara görə cəzalar niyə artırılmır?
Erkən nigahlara görə cəzalar niyə artırılmır? - HÜQUQŞÜNAS AÇIQLADIMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, erkən nigahla bağlı həmin bölgədə yaşayan qonşular mütləq şəkildə bu haqda polisə məlumat verməlidir. Onun sözlərinə görə, məktəb direktorları tərəfindən əgər uşaq məktəbə gəlmirsə, bu haqda polisə məlumat verilməlidir: “Erkən nigahla bağlı əgər həmin azyaşlıya “toy” edilibsə, həmin toy görüntüləri Hüquq Mühafizə Orqanlarına sübut kimi təqdim oluna bilər. Məktəb direktorları və Təhsil Şöbələri valideynlər barədə polisə məlumat verməlidirlər ki, şagird uzun müddətdir məktəbə gəlmir və erkən yaşda evləndirilir.

Erkən nigah halında uşaq ailənin əlindən alınmalıdır. Ancaq bunun üçün dövlət maliyyə ayırmalıdır. Yəni bu cür uşaqları dövlətin saxlaması üçün dövlət maliyyə ayırmalıdır. Təssüfki ölkəmizdə dövlət buna maliyyə ayırmır. Ancaq mütləq şəkildə erkən nigahla bağlı cəzalar artırılmalıdır”.

Daha çox xəbərlər