Cəmiyyət 

Laçında səmaya ucalan tikili: 1800 metr hündürlükdə MÜHƏNDİSLİK MÖCÜZƏSİ

Azərbaycanın qərbində, Laçın rayonunun Qorçu kəndində mühəndislərdən ibarət komanda çətin bir layihəyə başladı. Mürəkkəb relyef, çətin hava şəraiti… Mühəndislər burada yorulmadan çalışdılar. Dağlar yarıldı və nəticədə rekord müddətdə – dörd il ərzində beynəlxalq standartlara cavab verən hava limanı inşa edildi. Layihə koordinatoru Səlim Akbay hava limanının niyə məhz bu ərazidə tikilməsi sualı ilə bağlı AzTV-yə açıqlama verib: “Bu layihədə ən çətin məsələ başlayarkən hava limanını harada inşa edəcəyimiz idi. Bildiyiniz üzrə Laçın ərazisinin hər yeri dağlıqdır. Bu dağlar silsiləsi içərisində 1700-1800 metr yüksəklikdə bir hava limanı inşa etmək üçün öncə…

Read More
Cəmiyyət 

TƏCİLİ! 4 ofisiantın ölümünə görə “Lake Hotel”in icarədarı həbs edildi

Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri – 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlarla “Lake…

Read More
Cəmiyyət 

Azaldılan xərc, zəif nəzarət, kadr çatışmazlığı: Azərbaycanda bu sahə acınacaqlı durumda

Son illər Azərbaycanda keytrinq xidmətlərinə tələbat artıb. Xüsusilə də korporativ tədbirlər, ofislər və istehsalat müəssisələrində bu sahənin canlanması nəzərə çarpır. Lakin artan rəqabət fonunda bəzi şirkətlərin qida təhlükəsizliyi standartlarına tam əməl etməməsi və xidmət keyfiyyətində çatışmazlıqlar müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirib. Məlum olub ki, bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir və onların fəaliyyətində ciddi nöqsanlar var. Agentlik xəbərdarlıq edir ki, qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər…

Read More
Cəmiyyət 

İstirahət gününün havası AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti…

Read More
Cəmiyyət 

Faciəli şəkildə ölən ofisiantın cənazəsini “bəy maşını”nda daşıdılar – FOTO

Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüblər. Binəqədi rayon ərazisində elektrik cərəyanı vurması nəticəsində həyatını itirən 4 gəncdən biri olan Tərtər şəhər sakini Muradlı Cavidan Tofiq oğlu doğulduğu şəhər məzarlığında dəfn edilib. Ailəsi C.Muradlınin cənazəsini daşıyan avtomobili “bəy maşını”na bənzər qırmızı lentlə bəzəyib.

Read More
Cəmiyyət 

Saxta və keyfiyyətsiz məhsullar satan mağazalar…

Dövlət Agentliyi «Baku Electronics», «ABC Telecom», «Trust Lux» MMC-ləri rəqabət qanunvericiliyini pozduqlarına görə cərimələyib Məlumdur ki, bir çox bazarlarda və mağazalarda müştərilərin aldadılması halları hələ də davam edir. Xüsusilə xaricdən idxal olunan məhsulların markalarının saxtalaşdırılması, onların istehsal tarixlərinin dəyişdirilməsi, istehsalçı ölkələrin adlarının qəsdən yanlış göstərilməsi, hətta zəmanət müddətlərinin azaldılması alıcıların haqlı narazılığına səbəb olur. Axır ki, son bir neçə gündə  istehlakçıları aldadan, onların hüquqlarını pozan bir neçə tanınmış mağazalar və fiziki şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aşkarlanaraq ictimaiyyətə tanıdıldı. Həmçinin Agentliyə daxil olmuş…

Read More
Cəmiyyət 

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər. “İki sahil” xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova məlumat verib ki, Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley” yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul edib. Burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.…

Read More
Cəmiyyət 

Yasamaldakı faciəvi yanğında həlak olan Könül Hümbətova tanınmış jurnalistin rəfiqəsi imiş

Musavat.com-un daha öncə xəbər verdiyi kimi, Bakının Yasamal rayonunda yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsi üç nəfərin həyatına son qoyub. Həlak olanlar arasında Bakı Milli Geyim Evinin rəhbəri, 1977-ci il təvəllüdlü Könül Hümbətova da olub. məlumata görə, o, yanğın zamanı tüstüdən zəhərlənərək dünyasını dəyişib. Musavat.com xəbər verir ki, faciə zamanı həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı və 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu da həlak olub. Yanğın zamanı zəhərlənən 15 nəfərə isə təcili yardım briqadası tərəfindən yerində ilkin tibbi yardım göstərilib və onlar tüstüdən zəhərlənmə diaqnozu…

Read More
Cəmiyyət 

Bakıda güclü qar gözlənilir? – hazırlıqlar başladı

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Musavat.com xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir. Növbəti müşavirələr paytaxtın Xəzər, Pirallahı və Qaradağ rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların…

Read More