Cəmiyyət 

Darçınlı suyun möcüzəsi

Arıqlamaq üçün ən ideal üsullardan biri də darçınlı sudur. Pəhrizlə birgə bir həftə darçınlı su içsəniz 5 kiloqrama yaxın çəki ata bilərsiniz. Bu möhtəşəm içkinin hazırlanmasını təqdim edirik: Bir stəkan suyu qaynadın. Daha sonra içinə bir çay qaşığı darçın əlavə edin. Mayeni ilıq halda yeməkdən əvvəl qəbul edin. Qeyd edək ki, darçını qatığa da əlavə edərək yeyə bilərsiniz. Bu da eyni qaydada sizə arıqlamağa kömək edəcək.//Axşam.az

Read More
Cəmiyyət 

Nikah müqaviləsi nəyi müəyyən edir?

Ər-arvadın birgə mülkiyyət rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bu rejim avtomatik olaraq qüvvədə sayılır. Bu halda nikah dövründə əldə edilmiş əmlak tərəflərin birinin tələbi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada bölünə bilər”. Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan və nikah dövründə, həmçinin nikah pozulduqda ər-arvadın əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir: “Nikah müqaviləsi ilə ər-arvad qanunla müəyyən olunmuş birgə mülkiyyət rejimini dəyişdirərək, ümumi əmlaka, onun ayrı-ayrı…

Read More
Cəmiyyət 

“Getdiyi postlardan mənə güllər yığırdı”

“Səhər yuxudan durdum, gördüm ki, qohumlar bizə yığışır. Dedilər ki, sərhəddə vəziyyət ağırdır”. Axşam.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova iş xanımı Ruhi Əliyevanın “Qaranlıqda həqiqət” verilişində deyib. O.Salmanova həyat yoldaşının şəhid olduğu gündən danışıb: “Bir azdan evdə qəribə bir sükut yarandı. Hiss edirdim ki, nəsə olub, amma heç kim mənə demirdi. Hər kəsin üzündə bir ifadə var idi: həm qorxu, həm kədər, həm də inamsızlıq. Qardaşım gəldi, əvvəl özünü saxlayırdı, sonra ona zəng gəldi. Anladım ki, vurublar. Biz o qədər Poladdan arxayın idik…

Read More
Cəmiyyət 

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür – VİDEO

Hər il 13 noyabr — Gözdən Əlillər Günü, dünya üzrə görmə məhdudiyyətli insanların gündəlik həyatına diqqət çəkmək, onların hüquqlarını xatırlatmaq və cəmiyyətdə empatiyanın güclənməsinə dəstək vermək məqsədilə qeyd olunur. Bu gün münasibətilə keçirilən müxtəlif təşəbbüslər insanların görmə qabiliyyətinə diqqətini artırmaq və görmə məhdudiyyətli insanların yaşadıqları çətinlikləri daha dərindən anlamağa kömək edir. Bu il mən də psixoloq-erqoterapevt Bahar Bayramlının dəvəti ilə çox xüsusi və mənalı bir layihənin bir parçası oldum. Bu mənim üçün sadəcə bir layihə deyil, həm də şükranlıq və empatiya hissini yenidən kəşf etdiyim unudulmaz bir təcrübə idi. Layihə…

Read More
Cəmiyyət 

MEDİA Türkiyədə həlak olan azərbaycanlı jurnalistlə bağlı başsağlığı yayıb

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb. “İki sahil” xəbər verir ki, bu barədə MEDİA-nın sosial hesablarında paylaşılıb. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!” – paylaşımda qeyd olunub. Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Read More
Cəmiyyət 

Qış fəsli yaxınlaşır – Bəs, istilik təchizatı hansı səviyyədədir?

“Azəristiliktəchizat” ASC-nin gördüyü hazırlıq tədbirləri nəticəsində qazanxanalar yenilənib, istilik xətləri sınaqdan keçirilib, vətəndaşların rahatlığı diqqət mərkəzində saxlanılır Payız-qış mövsümündə əhalinin və dövlət müəssisələrinin istiliklə fasiləsiz təmin olunması məqsədilə “Azəristiliktəchizat” ASC tərəfindən mühüm tədbirlər həyata keçirilir. Mövsüm öncəsi görülən hazırlıq işləri çərçivəsində istilik mənbələrinin texniki vəziyyəti yoxlanılır, qazanxanalarda və istilik xətlərində zəruri təmir-bərpa işləri aparılır, enerjidaşıyıcıların səmərəli istifadəsi istiqamətində qabaqlayıcı tədbirlər görülür. Son illər “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilən yeniliklər və müasir idarəetmə mexanizmlərinin tətbiqi istilik təsərrüfatının dayanıqlığını artırıb. Bununla yanaşı, əvvəlki illərdən qalan problemlərin mərhələli şəkildə həlli, müasir texnologiyaların tətbiqi…

Read More
Cəmiyyət 

Bu ərazilərə qatar yolu çəkiləcək

“Bakı və ətraf ərazilərdə relsli nəqliyyatın payı əhəmiyyətli dərəcədə artacaq”. Bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında deyib. O bildirib ki, 2025-2030-cu il Dövlət Proqramına əsasən, Bakı şəhərinin və onun ətraf ərazilərinin nəqliyyat şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində Azərbaycan Dəmir Yolları bir neçə mühüm istiqamətdə layihələr həyata keçirəcək: “Zabrat–Maştağa–Bağlar–Buzovna xətti, Bakıxanov–Suraxanı–Hövsan xətti, eləcə də Bakıxanov–Suraxanı–Binə–Qala istiqamətində mövcud dəmir yolunun təkmilləşdirilməsi yaxın illər ərzində icra olunacaq. Layihə çərçivəsində 20 yeni qatarın alınması planlaşdırılır və bu qatarlar həm Abşeron dairəvi xəttində, həm də qeyd olunan istiqamətlərdə sürətli sərnişin daşımalarını təmin edəcək”.…

Read More
Cəmiyyət 

Fuad Nəcəfli “Səhvinizi nədə görürsünüz?” sualına belə reaksiya verdi – AUDİO

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Musavat.com xəbər verir ki, Manset.az xəbər portalı işdən çıxarılan Fuad Nəcəfli ilə əlaqə saxlayıb. Ona “Vəzifənizdən nə üçün azad edildiniz, səhvlərinizi nədə görürsünüz?” sualları ünvanlanıb. Fuad Nəcəfli isə cavabında “Yaxşı, oldu, sağ olun” deyərək susmağa üstünlük verib. Qeyd edək ki, Fuad Nəcəfli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsinə 22 dekabr 2022-ci ildə təyin olunmuşdu. Ötən gün Prezidentin sərəncamı ilə həmin vəzifədən azad edilib. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

Read More
Cəmiyyət 

Gəncləri plastik cərrahın qapısına nə aparır?

Özlərini hansısa ulduza oxşatmaq, ya da dəbə uymaq… Son illər Azərbaycanda plastik cərrahiyyə əməliyyatlarına üz tutan gənclərin sayı artıb. Kimi yaxşı nəfəs ala bilmədiyini, kimi burnunun görüntüsündən narazı qaldığını əsas gətirib, bıçaq altına yatır. İllər öncə Amerika, Avropada, İranda dəb halını alan plastik əməliyyatlar artıq Azərbaycanda da sürətlə artmağa, adiləşməyə başlayıb. Maraqlıdır ki, zamanında 40-dan artıq yaşı olan qadınlar bu əməliyyatlara daha çox meyl etsələr də, indi bu dəb gəncləri də öz əhatəsinə alıb. Amma  estetik cərrahiyyə sürətli inkişafına baxmayaq, özündə təhlükəni də ehtiva edir. Çünki mütəxəssislər dəfələrlə bildirirlər ki,…

Read More
Cəmiyyət 

Göyçayın yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Musavat.com xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Orxan Mürsəlov ona göstərilən etimada görə minnətdarlıq edib.

Read More