Hədəf bəlli, lider bəlli, təşkilat isə… – fürsətcillər “həlledici günü” gözləyiblər
Köhnə hərəkatçıların yadında olar, SSRİ-nin son illərində ölkəmizdə bir siyasi şüar vardı: “Hədəf bəlli, təşkilat bəlli, lider bəlli”. Hədəf Azərbaycanın Rusiyadan qopub müstəqil dövlət olmasaydı, təşkilat bu hədəfə çatmağı təşkil edəcək AXC idi, lider isə Əbülfəz Elçibəydi. Həmin siyasi mübarizə dövrünü və bəlli şüarı müasir dövrün konyukturuna inikas etdirmək qüsurlu olsa da, uyğun gələn məqamlar var. “Mehdiiyev işi”ndə hədəf var – hakimiyyəti ələ almaq, lider var – Mehdiyevin özü. Ancaq ortada təşkilat yoxdur. Hər halda 17 gündən bəri açıqlanan müvafiq informasiyalarda ölkəmizdə dövlət çevrilişini həyata keçirməyə çalışan strukturlaşmış təşkilat barədə…
Read More