Cəmiyyət 

“AZAL-ın təyyarəsi İrəvana enəndə bizə təəccüblə baxdılar” – Ermənistana gedən azərbaycanlılar DANIŞDILAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. Məlumata görə, Azərbaycanın bort nömrəsi 4K-ASG olan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə oktyabrın 21-də Bakıdan İrəvana uçub. Uçuş Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:00-da həyata keçirilib və təyyarə yerli vaxtla saat 16:01-də “Zvartnots” hava limanına enib. Uçuş planlaşdırılan vaxtdan cüzi fərqlə baş tutub. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.…

Read More
Cəmiyyət 

Media subyektləri daha 3 il vergidən azad olunur

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Musavat.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.

Read More
Cəmiyyət 

Əhaliyə ƏDV ilə bağlı şad xəbər – Gələn ildən…

2026-cı ildə “ƏDV gerial” mexanizminin tətbiqi sahələri genişləndiriləcək. Bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, “ƏDV gerial” mexanizminin tətbiqi sahələrinin genişləndirilməsi (bərbər, gözəllik və kosmetoloji xidmətlər üzrə) 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilib.

Read More
Cəmiyyət 

Gələn ayın qeyri-iş günləri – TƏQVİM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq. 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir: 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr. Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş…

Read More
Cəmiyyət 

Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq? – Rəsmi açıqlama

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur. Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını…

Read More
Cəmiyyət 

Ali təhsil və işsizlik: Gənclərin əmək bazarına inteqrasiyasında boşluqlar və perspektivlər

“Ali məktəbi bitirən gənclərin əmək bazarına inteqrasiyası hələ də Azərbaycan təhsil sisteminin zəif tərəfidir. Bu, təkcə iş tapmaq problemi deyil, həm də praktik bilik və iş təcrübəsinin formalaşmaması ilə bağlıdır. Universitetlərdə nəzəri bilik üstünlük təşkil etdiyindən məzunlar əmək bazarının tələblərinə tam uyğun səriştələrə malik olmadan çıxırlar. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, məzunların yalnız 42 faizi ixtisasına uyğun iş tapır, 30 faizi isə 6 ay ərzində işsiz qalır”. Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, “Təhsil haqqında” Qanuna əsasən, ali təhsil müəssisələri tədrisi əmək bazarının…

Read More
Cəmiyyət 

Ət niyə bahalaşır? Statistikalar təhlükəli tendensiyanı göstərir

“Ət bazarında qiymət artımı sürətlənir. Bu bahalaşmanın əsas səbəbləri arasında ölkədə saxlanılan heyvanların sayının azalması və ətə olan tələbatın artması göstərilir. Son 10 ilin statistikası göstərir ki, xırdabuynuzlu heyvanların sayı təxminən 20 faiz azalıb, iribuynuzlu heyvanlarda da oxşar azalma müşahidə olunur”. Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, , əhəlinin ətə olan tələbatı 25 faiz artıb. Nəticədə tədarük və tələbat arasındakı fərq bazarda qiymətlərin davamlı şəkildə yüksəlməsinə səbəb olur: “Heyvandarlıqla məşğul olanların sayında azalma da diqqətçəkəndir. Bu azalmanın səbəbləri arasında boş otlaq sahələrinin azalması, yem xərclərinin bahalaşması…

Read More
Cəmiyyət 

Boyalı saxta çayları belə tanımaq olar – Qida ekspertindən açıqlama

Son illərdə bazarda boyayla “gözəlləşdirilmiş” və aşağı keyfiyyətli çay nümunələrinin tapılması haqda məlumatlar artır. Qida eksperti Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, bunu ev şəraitində yoxlamaq olar: “Bir qədəh soyuq suya bir qaşıq çay tökün. Əgər su dərhal və aydın rəng alırsa (xüsusən kəskin narıncı/qırmızı rəng), bu, çayın boyaya malik olma ehtimalını gücləndirir. Təbii çay soyuq suda çox yavaş rəng verər. Evdə bu metod ən çox tövsiyə olunan ilkin testlərdəndir. Çay yarpaqlarını incə kağızın üzərinə yayın, üzərinə bir neçə damcı su qoyun və sonra yarpaqları götürüb kağızı yuyun. Kağızda intensiv rəng ləkələri…

Read More
Cəmiyyət 

Kərə yağı alarkən nələrə diqqət yetirilməlidir?

Azərbaycanda insanları narahat edən məsələlərdən biri də heyvan mənşəli yağların tərkibinin nə dərəcədə təmiz olmasıdır. Mağazalarda satışda olan yağların həm qiyməti, həm də tərkibi bir-birindən fərqlənir. Adətən bahalı yağların daha keyfiyyətli və az zərərli olduğu bildirilir. Bu da istehlakçıların seçimində qiymət və sağlamlıq amilinin önəmini artırır. Marketlərdəki bəzi yüksək yağ qiymətləri belədir: “NEWLAND” kərə yağı 1 KQ- 23.50 AZN “WESTGOLD” kərə yağı 1 KQ -25.90 AZN “ANCHOR” kərə yağı 1 KQ- 23.99 AZN “GOLDEN CROWN ” kərə yağı 1 KQ -24.95 AZN “BEST COW” kərə yağı 1 KQ-23.49 AZN “SLAVYANSKOE”…

Read More
Cəmiyyət 

Yeni medal təsis edildi

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Yubiley medalı haqqında əsasnaməyə görə, Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər. Medalla təltif…

Read More