Cəmiyyət 

“Təbrik” şadlıq sarayı insanları necə zəhərləyir? -Video

Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə paytaxtda və bölgələrdə ictimai-iaşə obyektlərində monitorinqlər aparılır, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülür. Lakin bu tədbirlər mütəmadi keçirilsədə bəzi ictimai-iaşə obyektləri belə tədbirlərə riayət etmir. XALQ xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən “Təbrik” şadlıq sarayı havanı çirkləndirilməsi ilə bağlı Azfakt.com-da görüntülər yayılıb. Qeyd edək ki, paytaxtın Xətai rayonundan son illər mətbuatda və sosial platformalarda şikayətlər artmaqdadır. Məsələ ilə bağlı Təbrik şadlıq sarayının nümayəndəsindən…

Read More
Cəmiyyət 

Kəlbəcərdə 22 inək ölüm saçan iynədən tələf oldu – işə vəkil qarışdı, təhqir olundu

Fermer Tural Pərviz oğlu Qədimliyə məxsus 22 baş inək 1 saatın içində tələf olub. ARANTV.AZ  xəbər verir ki, hadisə Kəlbəcərdəki Qara Arxac yaylasında baş verib. Fermer bildirir ki, Bərdə şəhərində yerləşən “Şəhla Baytarlıq” aptekindən mal-qara üçün qızdırma əlehinə dərman preparatları alıb. Mal-qara aran zonasında yerləşən Bərdədən yaylaq zonası olan və daha sərin Kəlbəcərdə qızdırmasın deyə fermer müvafiq preparatlardan istifadə olunub. “Şəhla Baytarlıq” aptekindən aldığı preparatlar heyvanlara vurulduqdan sonrakı 1 saat ərzində 22 baş inək tələf olub. Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kəlbəcərə yaylağa gəlib heyvandan nümunələr götürüblər. Fermerə verilən…

Read More
Cəmiyyət 

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır. ARANTV.AZ xəbər verir ki, Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət itiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə…

Read More
Cəmiyyət 

AQTA: Epizootik vəziyyətlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Pazarcik, Haskovo, Veliko-Tarnovo, Dobriç, Kırcali vilayətlərində yüksək patogen quş qripi xəstəliyi, Avstriya ərazisində isə qeydə alınmış iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi aradan qaldırılıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Qeyd olunub ki, həmin ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni…

Read More
Cəmiyyət 

Market arabalarına minib, video çəkənlər – Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulur

Yəqin ki, bilməyən yoxdur, market arabaları orada satılan qida və qeyri-qida məhsullarını qoymağımız üçün nəzərdə tutulub. Arabaların gigiyenik cəhətdən təmiz olması birbaşa bizim, bizim sağlamlığımız və ərzaqlarımızın təmizliyi üçün vacibdir. Amma təəssüf ki, hələ də bunu dərk etməyən insanlarla eyni mühiti bölüşürük. Heç kim istəməz, ərzaqlarını qoyduğu arabanın səthinə kiminsə ayağı, ya da bədəninin hansısa bir üzvü dəysin. Doğrudur, marketlərdə məişət texnikalarından, çörəyə qədər hər şey satılır, amma onların heç biri istifadə olunmadığı üçün təmiz hesab olunur. Son zamanlarda şəbəkələrdə bir paylaşım diqqətimizi çəkdi. Arabanın içərisinə oturaraq, kreativlik adı altında…

Read More
Cəmiyyət 

Bu xəstəliyi olanlar hərbi xidmətə aparılmır

Talessemiya və digər qanyaradıcı sistem xəstəliklərindən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı tez-tez gündəmə gəlir. Bəs belə hallarda onların xidmətə cəlb olunub-olunmaması hansı meyarlara əsasən müəyyən edilir? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavabında bildirib ki, eritrosit membran anomaliyaları (mikrosferositoz və s.), hüceyrədaxili enzim çatışmazlığı, homoziqot və ikiqat heteroziqot hemoqlobinopatiyalar zamanı şəhadətləndirmə aparılır: “Bu xəstəliklər hemolitik anemiyalarla müşayiət olunduqda və tibbi sənədlərlə təsdiq edildikdə, qanyaradıcı sistemin pozulma dərəcəsi nəzərə alınır. Qərar isə Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli…

Read More
Cəmiyyət 

Kanalizasiya “lyuk”u maşını yararsız hala saldı – VİDEO

Bu ilin iyununda 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşdü. Bakının mərkəzi rayonunun mərkəzi küçəsində kanalizasiyaya düşən gəncin meyiti Hövsan qəsəbəsində kanalizasiya kollektorunda aşkarlandı. Bütün ölkəni silkələyən bu faciəvi olayın üstündən 3 aya yaxın vaxt keçib, lakin hazırda Bakı şəhərinin küçələrində durum dəyişməyib. Bu dəfə kanalizasiya sisteminin “qurbanı” avtomobillərdir. Paytaxtın küçələrində kanalizasiya qapaqları çökür, qırılır. Elə bu problemdən də paytaxt sakininin maşınının təkəri çökən kanalizasiya yoluna düşərək cırılıb. Dairəvi yoldan Binəqədi qəsəbəsi istiqamətinə gedən yolda kanalizasiya…

Read More
Cəmiyyət 

Sabah bu ərazidə qaz olmayacaq

Sabah Biləsuvar rayonunda 900-ə yaxın abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. Rayonun Bağbanlar kəndində yerləşən qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar olaraq sentyabrın 2-də saat 10:00-dan başlayaraq işlər başa çatana qədər həmin yaşayış məntəqəsində 854 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Azərbaycan Səhiyyə Nazirliyində Fələstin səfiri ilə görüş keçirilibFOTO

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş keçirilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib. Teymur Musayev, həmçinin Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Öz…

Read More
Cəmiyyət 

Ədliyyə naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 19 sentyabr 2025-ci il tarixində Naxçıvan şəhərində Naxçıvan şəhər və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 sentyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə (ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1; əlaqə telefonu: +994 36 544 54 70; e-poçt ünvanı: office@njustice.gov.az) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi…

Read More