Cəmiyyət 

Orta məktəblərin saxta uğurları və təhsilin gerçək bərbadlığı

Ölkə boyunca ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı növbəti valideyn sevincləri dalğasını arxada qoyduq. Ali təhsil pilləsinə qədəm qoyan hər bir gənci təbrik edirik. Övladın uğuru hər bir ailə üçün sevinc və qürurdur. Amma bu sevincin kölgəsində gizlənən çox ciddi bir reallıq var: həmin uğurların böyük əksəriyyəti dövlət məktəblərinin yox, valideynlərin maddi vəsaiti hesabına əldə edilmiş repetitorların zəhmətinin nəticəsidir. Statistikaya baxsaq, görərik ki, ali məktəblərə qəbul olunan abituriyentlərin 80 faizindən çoxu ən azı bir fənn üzrə ödənişli repetitor dəstəyi alıb. 600 baldan yuxarı nəticə göstərənlərin isə təxminən 95 faizi…

Read More
Cəmiyyət 

Məktəbli zənbili – Bazarda qiymətlər dərs verir – REPORTAJ

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Hər ilin bu çağında valideynlərin ən böyük qayğısı övladlarını məktəbə hazırlamaq olur. Məktəbli çantasını, dəftər-qələmini, geyimini tamamlamaq üçün bazarlara üz tutan valideynlər bu il də tanış mənzərə ilə qarşılaşıblar – qiymətlər bahadır, cib isə əvvəlki qədər dolu deyil. İnsanların dilində bir sual dolaşır: “Utanmadan övladımı məktəbə yola sala biləcəyəmmi?” Musavat.com-un əməkdaşı paytaxtın müxtəlif satış məntəqələrində müşahidələr apararaq real mənzərəni öyrənib. İlk dayanacaq məktəbli çantaları oldu. “8-ci kilometr” bazarı ətrafında bu əşyaları digərlərindən xeyli ucuz tapmaq mümkündür. Burada çantalar 15 manatdan başlayır, 40 manata qədər…

Read More
Cəmiyyət 

Ramin Şükürov həbsdən azad edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin külli miqdarda rüşvət ittihamı ilə həbs edilən sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb. Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib. 4 ay əvvəl təqsirləndirilən polkovnik-leytenant barəsində həbs qətimkan tədbiri seçən hakim Fikrət Əliyev bu gün həmin qərarını dəyişib. Ramin Şükürov məhkəmə zalında həbsdən azad edilərək ev dustaqlığına buraxılıb. Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan…

Read More
Cəmiyyət 

“Abırımıza sığınıb cavab vermirik, amma internet qoçuları etik qaydalara əməl etmir”

“Son günlər tənqidlərə məruz qalan bir ifaçı kimi çox susdum. Abırımıza sığınıb bu tənqidlərə cavab vermirik. Xalq artisti, professor Mənsum İbrahimov mənim, eləcə də bir çox ifaçıların ustadıdır. O, nəinki öz tələbələrinə, hər zaman bütün gənclərə də dəstək olub”. Musavat.com bildirir ki, bu sözləri Əməkdar artist, Mənsum İbrahimovun tələbəsi olmuş Təyyar Bayramov deyib. Muğam ifaçısı son günlər Mənsum İbrahimov barəsində qarayaxma kampaniyası aparıldığını bildirib: “Müsabiqə qalıb bir kənarda, Mənsum müəllim haqqında qarayaxma kampaniyası yaranıb. Regionçuluq söhbəti bizə yaraşmır. Azərbaycanın hər bir bölgəsindən çox dəyərli, gözəl ifaçılar çıxıb və onlar milli mədəniyyətimizə…

Read More
Cəmiyyət 

Ağrıya ən dözümlü olan qan qrupu məlum oldu

Yeni elmi araşdırmalar göstərib ki, qan qrupları yalnız immunitet sistemi, xəstəlik riski və ya orqan köçürülməsində uyğunluq kimi mövzularla məhdudlaşmır. Qan qruplarının həm də ağrı həssaslığına təsir göstərə biləcəyi ortaya çıxıb. Mütəxəssislərin sözlərinə görə, xüsusilə “0” yəni I qan qrupuna sahib insanların ağrıya qarşı daha dözümlü ola biləcəyi müəyyən edilib. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu dayanıqlılıq bəzi hallarda xəstəliklərin gec diaqnoz qoyulmasına səbəb ola bilər. Çünki ağrı orqanizmin xəbərdarlıq siqnalıdır. Müxtəlif qan qruplarına sahib şəxslərlə aparılan ağrı dözümlülüyü testlərində “0” qan qrupundakı iştirakçıların digər qruplara nisbətən ağrıya daha uzun…

Read More
Cəmiyyət 

Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir

Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur. ARANTV.AZ xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium bu gün başa çatıb. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri…

Read More
Cəmiyyət 

10 ay əvvəl açılan yol yenidən təmirə bağlanıb? – AÇIQLAMA

Bakının Pirşağı, Kürdəxanı və Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci uzun sürməyib. Belə ki, 10 ay əvvəl istifadəyə verilən yolun əksər hissəsi yenidən təmirə bağlanıb. Musavat.com-un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yol noyabr ayında beynəlxalq tədbir öncəsi iki lay asfalt-beton örtüyü ilə istifadəyə verilib. Hazırda layihə üzrə üçüncü aşınma lay asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Qeyd olunub ki, təmir işləri bir neçə günə yekunlaşacaq.

Read More
Cəmiyyət 

Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak etdi – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər. ARANTV.AZ  xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib. Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir. Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin…

Read More
Cəmiyyət 

Azərbaycana gələn turistlər ən çox bunlardan narazı qalıblar

Bu ilin yanvar-iyul aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 40 min 648 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəyə gələn turistlərin 108 min 237 nəfəri və ya 11,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər. Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 23 min turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil. Bundan başqa 18 min 579 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 16 min 481 turist taksi xidmətindən, 11 min 276 turist bələdçi xidmətlərindən, 10 min 143 turist yerləşmə xidmətindən, 8 min 112 turist isə metro xidmətindən…

Read More
Cəmiyyət 

Muğam yarışında qalmaqal – Xalq artistlərindən reaksiya

Mənsum İbrahimov: “Təxribatçılar region söhbəti edirlər” Məlum olduğu kimi, Laçında IX “Muğam” televiziya müsabiqəsinin final mərhələsi baş tutub. Müsabiqənin final mərhələsində qaliblərin adı açıqlanıb və onlar mükafatlandırılıblar. 8-16 yaşında yeniyetmələr arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüb. 16-30 yaşında gənclər arasında müsabiqədə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev seçilib. Müsabiqənin münsiflər heyətinin kürsüsündə xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşib. Lakin IX “Muğam” televiziya müsabiqəsinin…

Read More