Cəmiyyət 

2026-cı ildən pensiyalarda bu qədər ARTIM OLACAQ

Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz artıb. Əməkhaqqının artımı yalnız maaşların nə qədər yüksəldiyini göstərmir. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq artırılır. Başqa sözlə, əvvəlki ildə maaşlar orta hesabla nə qədər artıbsa, növbəti ildə pensiyaların məbləği də həmin göstərici əsasında artırılır. Bəs 2026-cı ildə pensiyalar nə qədər yüksələ bilər? İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, proqnozlaşdırılan göstəricilər və son yeddi ayın nəticələri nəzərə alınmaqla ehtimal…

Read More
Cəmiyyət 

Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gündən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. “Qafqazinfo” xəbər verir ki, Ağdama sərnişin qatarı artıq yola düşüb. Qeyd edək ki, 07:10- da yola düşən qatar, Ağdama 11:53-də çatacaq. Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

Read More
Cəmiyyət 

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Avqustun 30-u Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və ya Beynəlxalq İtkinlər Günüdür. AZƏRTAC xəbər verir ki, bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılmasıdır. Çox təəssüf ki, hazırda zorla qaçırılma qlobal problemə çevrilib. Bu günün qeyd olunması hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır. Beynəlxalq İtkinlər Günü bir sıra dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirir. Uzun illər işğala məruz qalan ölkə olaraq…

Read More
Cəmiyyət 

Həbsxanadan görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama

Üç ildən artıqdır həbsdə olan Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayımlanıb. Ailəsi onun səhhəti ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. ARANTV.AZ  “Unikal”a istinadən xəbər verir ki, ailənin açıqlamasında bildirilir: “Yayılan video ilə bağlı çoxsaylı zənglər gəlir. Meyxanaçının səhhəti yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Sağlamlıqla bağlı həkim məsləhəti ilə pəhriz saxlayır, idman edir və çəki atır. Videodakı görüntü tam reallığı əks etdirmir. Fondakı işığa görə saçları belə görünür”.

Read More
Cəmiyyət 

Həm dadlı, həm də faydalı qarpızı necə seçək?

“Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişinin yeni buraxılışında mütəxəssislər qarpızın faydalı xüsusiyyətlərindən danışıb və onun istehlakının mümkün riskləri barədə xəbərdarlıq ediblər. Mütəxəssislər qeyd edirlər ki, çoxlu su tərkibinə görə qarpız sidikqovucu təsirə malikdir və bəzi uroloji problemlərin inkişafının qarşısını almağa kömək edir. Qırmızı qarpızın tərkibində likopen var. O, güclü antioksidantdır, orqanizmi sərbəst radikallardan qoruyur və xərçəng riskini azaldır. Başqa bir vacib maddə – sitrulin – qanı daha duru edən, qan damarlarını qoruyan və qan təzyiqini azaltmağa kömək edən azot oksidinin istehsalını stimullaşdırır. Bu xüsusiyyət qarpızı insult və infarktın…

Read More
Cəmiyyət 

Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

Şəhidin anadan olmasından 65 il ötür. Çingiz 1992-ci ildə Qarabağda reportaj hazırlayarkən həlak olub. O, Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən şiddətli döyüşü lentə alarkən əks tərəfin atəşinə məruz qalıb. Çingiz dünyada öz ölümünü lentə alan üç reportyordan biridir. Ölümündən sonra Çingiz Mustafayev “Milli Qəhrəman” ordeni ilə təltif edilib.

Read More
Cəmiyyət 

Azərbaycana qarşı kiberhücum kampaniyası: Hökumət və cəmiyyət hazır olmalıdır

Xəbər verildiyi kimi, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 6 avqust 2025-ci il tarixli açıqlamasının davamı olaraq bildirir ki, “Facebook” sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan informasiya kampaniyası avqust ayı ərzində davam edib. Dezinformativ xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə olunmaqla yeni yaradılmış “Caspian Xəbər”, “Caspian Times”, “İşıq Media”, “Pro Eminent Guild”, “Next Azerbaijan” və sair…

Read More
Cəmiyyət 

Ölkədə əhali artımı – nə Avropa, nə Afrika…

Demoqrafik vəziyyətin indiki tempi gələcək nəsilləri bir sıra problemlərlə üz-üzə qoya bilər Demoqrafiya təkcə əhalinin sayının hesablanması ilə məhdudlaşmır: cəmiyyətin gələcəyini müəyyənləşdirən, dövlət siyasətini istiqamətləndirən və milli təhlükəsizlikdən tutmuş təhsil, səhiyyə, sosial rifah və iqtisadi inkişafadək bütün sahələrə təsir göstərən əsas göstəricidir. Bu səbəbdən hər bir ölkə üçün demoqrafik vəziyyət strateji əhəmiyyət daşıyır. Azərbaycan da bu proseslərin mərkəzindədir. Əhalinin artımı, yaş strukturu, doğum və ölüm göstəriciləri, nikah və boşanma tendensiyaları, miqrasiya axınları və qohum nikahları kimi məsələlər gələcəyimizi müəyyənləşdirir. Ümumiyyətlə, dünyada demoqrafik mənzərə ciddi dəyişikliklərə məruz qalır. Avropa və Şimali…

Read More
Cəmiyyət 

“AYNA əvvəlcə öz “ayna”sına baxsın” – Deputatdan sərt sözlər

“Bu qurumun fəaliyyəti ilə bağlı hansısa razılıq ifadə etmək mümkün deyil. Çünki hamımız tıxacda qalırıq. Mənə elə gəlir ki, AYNA əvvəlcə öz “ayna” sına baxmalıdır və real vəziyyəti görməlidir. Bakı şəhərində hərəkət etmək mümkün deyil. Alternativlər haqqında düşünülməlidir”.  Bunu Demokrat.az-a deputat Fazil Mustafa deyib. O bildirib ki, AYNA bütün məsələləri vətəndaşların üzərinə yükləyib, vətəndaşı çətin vəziyyətdə qoymaq anlayışından uzaq durmalıdır: “Cərimələri bu qədər artırırlar, nə olsun? Bu vəsait vətəndaşların cibindən çıxır. Prezident bunlara inanaraq, səlahiyyət verərək hansısa problemin həllini tapşırıbsa, bu işə daha məsuliyyətli yanaşmalıdırlar, vətəndaş məmnunluğunu təmin etməlidirlər. Fazil…

Read More