Cəmiyyət 

Sağlam ürək, güclü gələcək

Ürək sükut etməsin: Siqaret və spirtin zəhərindən uzaq ol Tofiq Cahangirov: Zərərli vərdişlər ürək-damar xəstəliklərinin erkən inkişafına səbəb olur Ürək-damar xəstəlikləri çağımızın ən ciddi sağlamlıq problemlərindəndir və həyat keyfiyyətini birbaşa təhlükəyə atır. Spirtli içki və siqaret həm qısa müddətli kəskin təsir göstərir, həm də uzunmüddətli perspektivdə ürək və damar sağlamlığını sürətlə zədələyir. Erkən profilaktika, vərdişlərin tərgidilməsi və sağlam həyat tərzi yalnız riskləri azaltmaqla qalmır, həm də insan ömrünü uzadır. Mövzu ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Arterial Hipertenziya şöbəsinin müdiri Tofiq Cahangirovla…

Read More
Cəmiyyət 

Hələbdəki qərib məzar…

İnsan anadan olduğu torpağın övladıdır, öldüyü yox Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər. Xəbər verilir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır. Bu, müstəqil ölkəmizin ədəbi ictimaiyyətinin, şair və yazıçılarının, ədəbiyyatşünasların çoxdankı arzusudur. Belə ki, deyilənlərə görə artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin danışıqlar aparılıb, Suriya hökumətinə məlumat verilib. Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illər hərbi münaqişənin davam etdiyi bu şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb, ruhu incidilib. Həyatı narahat keçən böyük şairin ruhunun əziyyət…

Read More
Cəmiyyət 

Depressiyadan xilas olmağın yolu: Bu qidaları yeyin

Alimlər kalium çatışmazlığının depressiya ilə əlaqəsini üzə çıxarıblar. Nyu-York Texnologiya İnstitutunun alimləri ABŞ və Koreyada 22 mindən çox insanın qidalanma rasionunu təhlil ediblər. Araşdırma nəticəsində məlum olub ki, kifayət qədər kalium qəbul edən insanların depressiyadan əziyyət çəkmə ehtimalı daha aşağıdır. Əksinə, bu mineralın çatışmazlığı əhvalın pisləşməsi və psixi pozğunluqlar riskini artırır. Kaliumun əhəmiyyəti Mütəxəssislərin sözlərinə görə, kalium sinir sisteminin normal fəaliyyəti və serotonin, dopamin kimi neyrotransmitterlərin yaranması üçün vacibdir. Klivlend klinikasının dietoloqu Culiya Zumpano qeyd edib ki, kalium çatışmazlığı orqanizmin elektrik sistemini pozur və bu da depressiyaya yol aça bilər.…

Read More
Cəmiyyət 

Paytaxtda binalar neçə bal zəlzələyə davamlıdır?

Seysmoloq: “Sovet dövründən qalan həmin binalar 9 bala qədər hesablanaraq tikildiyi üçün davamlıdır” Dağıstanda 5,3 maqnitudada zəlzələ olub, yeraltı təkanın ocağı 66 kilometr dərinlikdə yerləşib. Dağıstanda baş verən zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Qusar, Bakı və Sumqayıt şəhərlərində hiss olunub. Hər dəfə zəlzələ baş verən zaman ölkəmizdə olan binaların zəlzələyə davamlılığı aktuallaşır. Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Azərbaycanda tikilən binalar zəlzələyə davamlıdır. Onun sözlərinə görə, çünki binaların tikintisi prosesinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir: “Bu…

Read More
Cəmiyyət 

“Bakı Metropoliteni” yeni stansiyaların inşası ilə bağlı görülən işləri açıqlayıb

“Bakı Metropoliteni” QSC-də yeni stansiyaların inşası və xətlərin ayrılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Report xəbər verir ki, bunu qurumun sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq Türkiyənin “Yüksel Proje” şirkəti ilə müqavilə imzalanıb: “Müqavilə çərçivəsində iki əsas istiqamət nəzərdə tutulur. 10 stansiyadan 9-nun və tunellərin layihələndirilməsi, eləcə də Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi. Xətlərin ayrılması zamanı “İçərişəhər” stansiyasında keçid kamerası, dönmə tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi də planlaşdırılır. Hazırda stansiyaların yerlərinin dəqiqləşdirilməsi və rəsmiləşdirilməsi, həmçinin tunel traslarının hazırlanması işləri aparılır”. E. Əhmədov qeyd edib ki, metro…

Read More
Cəmiyyət 

Bakı metrosunda aylıq və birsəfərlik gediş haqqı kartları tətbiq oluna bilər

“Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir.  Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib. “Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”, – deyə…

Read More
Cəmiyyət 

Azərbaycan və Latviya səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı genişləndirirFOTO

Səhiyyə Nazirliyində Azərbaycanda işgüzar səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Meri ilə görüş keçirilib. Görüşdə, həmçinin Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya da iştirak edib. Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Latviya əməkdaşlığının mövcud vəziyyəti, həmçinin potensial inkişaf imkanları müzakirə olunub. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Latviya arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.…

Read More
Cəmiyyət 

Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi – FOTOLAR

Azərbaycan mədəniyyət naziri Adil Kərimli Şəmkirdə avqustun 29-da vətəndaşları qəbul edib. Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Şəmkir rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Sakinlərin müraciətləri, əsasən, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını diqqətə çatdırıb. Şəhid ailələrinin üzvləri və qazilərin müraciətlərinə xüsusi…

Read More
Cəmiyyət 

Sabah saat 12:00-dən qaz olmayacaq

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən 34 nömrəli balansda cari təmir işlərinin aparılması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatı dayandırılacaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən verilən məlumata görə, qazın verilişi bu gün saat 12:00-dən etibarən müvəqqəti olaraq kəsiləcək. Təmir işlərinin tamamlanmasının ardından qaz təchizatı bərpa ediləcək. İstehsalat Birliyi sakinlərə anlayış göstərdiklərinə görə təşəkkür edib.

Read More
Cəmiyyət 

Əməliyyat etdirən qızlar niyə bir-birinə oxşayır? – Adil Qeybulla SİRLƏRİ AÇDI

Saxta həkimlər, diplomsuz cərrahlar, əməliyyat qurbanı olan qadınlar son illərin ən böyük sosial problemlərindən birinə çevirilib. Ayda azı 1 dəfə “həkim”lər hansısa neqativ əməlləri ilə gündəmə gəlirlər. Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla Lent.az-a müsahibəsində plastik-estetik əməliyyatların qalıcı fəsadlarından, saxta həkimlərdən və səhiyyənin digər problemləri barədə danışıb. – Həkim, plastik-estetik əməliyyatlar niyə bu qədər təbliğ olunur? Bu proseslər təkcə bizim ölkədə bu qədər yayılıb? – Estetik adlandırılan kateqoriyaya daxil edilən əməliyyatlar qrupu sağlam insanlar üzərində aparılır. Düzdür, bu insanların da, müəyyən xəstəlikləri ola bilər, amma ümumilikdə həkim üçün bu…

Read More